Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Maliyyə nəhənginin səhmləri 11 gündür ucuzlaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maliyyə nəhənginin səhmləri 11 gündür ucuzlaşır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın ən böyük investisiya bankı və maliyyə xidmətləri şirkəti "Goldman Sachs"ın səhmləri Nyu-York Birjasında 11 əməliyyat günüdür ucuzlaşır.
 

"Marja" xəbər verir ki, "Dow Jones" İndeksində olan "Goldman Sachs" səhmləri, sonuncu dəfə 27 Avqustdan sonrakı 11 iş günündə ucuzlaşıb.
 

Həmin tarixdən bu yana  "Goldman Sachs" səhmləri 5,95% ucuzlaşıb, təşkilatın bazar dəyərindən də 5,46 milyard dollar silinib.
 

Bundan başqa, "Goldman Sachs" səhmlərinin 11 günlük  tənəzzülü  şirkət tarixində ən uzunmüddətli ucuzlaşmadır. 
 

"Goldman Sachs"ın səhmləri sonuncu dəfə May 2008-də qlobal maliyyə böhranın ortaya çıxmasından 4 ay əvvəl 9 əməliyyat günü ardıcıl ucuzlaşmışdı.
 

Bu ilin əvvəlindən bu günə qədər "Goldman Sachs"ın səhmləri 10,8% dəyər itirib. ABŞ-ın digər mühüm investisiya bankı və maliyyə xidmətləri təşkilatlarından olan "Morgan Stanley"in səhmləri də 9% ucuzlaşıb.

13.09.2018 09:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ