Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İlk nəticələr ürəkaçandır

iç səhifə xəbər başlığı altı (mobil)_31
İlk nəticələr ürəkaçandır

Qax rayonunun təsərrüfatlarında qarğıdalı yığımına başlanılıb. Cari mövsümdə rayonda 1577 hektar qarğıdalı sahəsinin məhsulunun yığılması nəzərdə tutulur. Fermerlər bu il, eyni zamanda, 120 hektar sahədə silos üçün qarğıdalı da əkiblər. Builki mövsümdə rayonda dən qarğıdalı istehsalının 10 min tondan çox olacağı gözlənilir.

 

Bu barədə Qax Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

 

Mərkəzin bitkiçilik şöbəsinin müdiri Eyvaz Aslanov bildirib ki, həyata keçirilən yüksək aqrotexniki tədbirlər nəticəsində bu il qarğıdalı sahələrində bol məhsul yetişdirilib. Cari mövsümdə qarğıdalı sahələrinin hər hektarından orta hesabla 70 sentner məhsul gözlənilir. Ötən il isə rayon üzrə bu göstərici 55,1 sentner olub.

 

Havaların əlverişli keçməsindən istifadə edən fermerlər məhsulun sahələrdən tez və itkisiz yığılması üçün səylə çalışırlar. Qaşqaçay kəndindən olan fermer Novruz Manafov rayonun iri qarğıdalı istehsalçılarındandır. O, builki mövsümdə 154 hektar sahədə dən üçün qarğıdalı əkib. Fermer yığımın ilk günündə Almalı kəndi ərazisində 10 hektar qarğıdalı sahəsinin məhsulunu toplayıb. İlk nəticələr ürəkaçandır. Fermerin sözlərinə görə, hər hektarın məhsuldarlığı ötən illə müqayisədə 15-20 sentner yüksəkdir.

 

Ləkit kəndindən olan fermer Yavər Nurməmmədov isə məhsul yığımına bir neçə gündən sonra başlamağı planlaşdırır. Fermer cari mövsümdə qarğıdalı bitkisinin əkin sahələrini ötən illə müqayisədə 50 hektar artıraraq 200 hektara çatdırıb.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac

13.09.2018 09:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ