Pakistan Azərbaycanın peykindən istifadə etmək istəyir
Pakistan Azərbaycanın "Azerspace-1" telekommunikasiya peykinin resurslarından istifadə etmək niyyətindədir. Bunu müsahibəsində Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə deyib.
Səfir deyib ki: "Bu məsələyə ticarət və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası zamanı ötən il baxılıb. Azərbaycan Pakistana milli telekommunikasiya peykinin resurslarından istifadə etməyi təklif edib. Bu məsələyə hazırda Pakistanın müvafiq qurumları tərəfindən baxılır və bu sahədə əməkdaşlıq etmək planlaşdırılır".
Qeyd edək ki, Azərbaycanın birinci geostasionar peyki 2013-cü ilin fevralında 46° Şərq uzunluğunda yerləşən orbital mövqeyinə çıxarılmışdı. 2017-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”nin 45° şərq uzunluğu orbital mövqeyinə çıxarılmağı gözlənilir.
Həmçinin "Azərkosmos" ASC-nin öhdəsində aşağı orbital peyk "Azersky" var. "Azersky" peyki Fransanın "Airbus Defense and Space" şirkətinin "SPOT-6" peyki ilə birgə qrup formatında yer kürəsinin məsafədən tədqiq edilməsi üzrə xidmətlərin göstərilməsi üçün istifadə olunur.
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan dövləti 2024-cü ilin ilk 3 ayında 1 milyard 88 milyon manat borc ödəyib
- 2 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
20 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası