Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Türkiyə Mərkəzi Bankı kritik qərarını açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyə Mərkəzi Bankı kritik qərarını açıqladı

Türkiyə Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqladı.

 

Gözlənildiyi kimi, Bank faizi artırdı.

 

"Marja" xəbər verir ki, həftəlik repoz faizi 6,25 faiz bəndi artırılıb. Bu artım proqnozdan yüksəkdir.

 

Beləliklə, faiz 24%-ə qalxıb.

 

Bazarlar faizin 4,25 faiz bəndi artırılaraq 17,75%-dən 22%-ə qaldırılacağını gözləyirdi.

 

Qərardan sonra Lirə Dollar qarşısında 5,1% bahalaşıb. Bakı vaxtı ilə saat 15:04-də Dollar/TL məzənnəsi 6.41 səviyyəsindən 6,01 səviyyəsinə düşüb.

 

Mərkəzi Bankın açıqlamasında, ehtiyac olarsa pul siyasətinin daha da sərtləşdiriləcəyi qeyd edilib:
 

Son dövrdə açıqlanan göstəricilər iqtisadi fəaliyyətdə tarazlanma meylinin göründüyünə işarə edir. Xarici tələb gücünü qorumaqla yanaşı, daxili tələbdəki yavaşlama sürətlənir.
 
 
Yaxın dövrdə inflyasiya görünüşünə dair irəliləyişlər qiymət sabitliyi baxımından əhəmiyyətli risklərə işarə etmişdir. Valyuta kursundakı hərəkətlərin də təsiri ilə qiymətlərin yüksəlməsi diqqət çəkir. Daxili tələbatda zəifləməyə baxmayaraq qiymətlərdə müşahidə edilən "pozulma" inflyasiya görünüşünə dair yuxarı istiqamətli risk yaratmağa davam edir. Bu çərçivədə İdarə Heyəti, qiymət sabitliyini dəstəkləmək məqsədilə güclü sərt pul siyasəti həyata keçirilməsinə qərar vermişdir".

 

 Mərkəz Bank qeyd edib ki, əsas məqsədi olan qiymət sabitliyi üçün əlindəki bütün vasitələrdən istifadə etməyə davam edəcəkdir.

 

"İnflyasiyada açıq bir yaxşılaşma təmin olunana qədər pul siyasətində sərt mövqe qətiyyətlə davam etdiriləcəkdir. Ehtiyac olması halında əlavə addımlar atılacaqdır".

13.09.2018 12:59

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ