Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bakıda Milli İnsan Resursları Forumu keçiriləcək - TARİX

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda Milli İnsan Resursları Forumu keçiriləcək - TARİX
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

20 oktyabr Bakıda Milli İnsan Resursları Forumu (MİRF2018) keçiriləcək.

 

Bu il artıq 4-cü dəfə təşkil olunacaq tədbir 3 paneldən ibarət olmaqla yerli və xarici 13 spiker çıxış edəcəkdir.

 

Avropa Azərbaycan Məktəbinin Badamdar filialında, 800 nəfərlik tədbir zalında baş tutacaq tədbirdə şirkət rəhbərləri, sahibkarlar, dövlət və özəl sektor nümayəndələri, insan resursları sahəsində çalışan peşəkarlar, təlimçilər, peşəkar kouçlar, tədris mərkəzi işçiləri, bu sahə üzrə təhsil sistemi işçilərinin iştirakı gözlənilir. Bu il spikerlərin xüsusi seçilməsi sayəsində ən az 300 şirkətin foruma qatılacağı planlaşdırılıb.

 

Bu ilki forum şüarını “Orta Yol” olaraq müəyyənləşdirdiklərini bildirən MİRF həmtəsisçisi və layihənin rəhbəri Cabir Süleymanlı şüarlarını belə izah edir:

 

- “Dünyamız hər gün texnologiyaya daha çox aludə olur, dijitallaşır və İnsan Resursları (İR) sahəsi də bundan geri qalmır. İR sahəsində də avtomallaşma (ERP proqramlar və s.) və dijital aləmdə mövcud olma (Linkedin, digər sosial şəbəkələr və s.) önəmli rol oynayır. Avtomatlaşdırma nə qədər də şirkətin əmək haqqı yükünü azaltsa və biznes prosesləri asanlaşdırsa da insan faktorunu gözardı edə bilmərik. Bir sosial faktor kimi insan həmişə mövcuddur və bu yönü ilə həm də şirkətlərdə Korporativ Sosial Məsuliyyət (CSR) tərəfini əks etdirməkdədir. Bu baxımdan dijitallaşan və avtomatlaşan iş dünyasında və eləcə də İR-da bir "Orta yol" olmalıdır. Biz də vurğumuzu buna etmək, bu ilki çox dəyərli yerli və xarici spikerlərimizlə bunu müzakirəyə çıxarmaq istəyirik.”

 

Qeyd edək ki, 20 oktyabr tarixində gün boyu (09:00-18:00) davam edəcək forumun biletləri artıq satışdadır. Biletləri tədbirin www.azmirf.com internet saytında qeydiyyatdan keçərək, iTicket bilet satış portalı üzərindən online olaraq, MİRF facebook səhifəsinə yazaraq və ya +994 50 254 56 86 nömrəsi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.

13.09.2018 14:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ