Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda qızıl və mis yataqlarının aşkarlanması üçün aeroçəkiliş aparılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda qızıl və mis yataqlarının aşkarlanması üçün aeroçəkiliş aparılacaq

Britaniyanın "Anglo Asian Mining" şirkəti (AAM - Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator) yaxın vaxtlarda Daşkəsən rayonundakı “Gədəbəy” müqavilə sahəsində ilk dəfə aerocoğrafi çəkiliş aparmağı planlaşdırır.

 

"Marja" xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

 

"AAM Kanadanın “Geotech Limited” şirkəti ilə əlavə qızıl və gümüş yataqlarının aşkarlanması, qazmanın gələcək məqsədlərinin müəyyən edilməsi üçün “Gədəbəy” müqavilə sahəsində aerocoğrafi çəkilişin aparılması haqqında müqavilə imzalayıb. İşlərə yaxın həftələrdə başlanılacaq", - deyə məlumatda qeyd olunur.

 

Şirkətin məlumatına görə, birinci aerogeofiziki çəkiliş 300 kv. km-lik "Gədəbəy" müqavilə sahəsinin bütün ərazisini əhatə edəcək. Tədqiqat uzunmüddətli əsasda qiymətli metalların hasilat həcmlərinin artırılması üçün aparılır. Nəticələrdən asılı olaraq, şirkət gələcəkdə digər müqavilə sahələrində də aeroçəkiliş aparmağı nəzərdə tutur.

 

“Anglo Asian Group”un geologiya və mədənçıxarma sənayesi üzrə baş direktoru Stiven Vesthed bildirib ki, aerocoğrafi çəkilişin aparılması üçün helikopter xidməti Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən göstəriləcək.

 

"Bu, təkcə bütün "Gədəbəy" müqavilə sahəsində deyil, həm də Azərbaycanda ilk belə hərtərəfli tədqiqatdır. Biz artıq Gədəbəydəki bir çox qızıl və mis yataqları haqqında məlumatlıyıq və bu tədqiqatlar bizə filiz minerallaşmasının paylanması tendensiyaları barədə informasiya verəcək", - deyə S.Vesthed qeyd edib.

13.09.2018 15:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ