Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Yüksək Texnologiyalar Parkı" yarım milyondan çox zərərdə

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Yüksək Texnologiyalar Parkı" yarım milyondan çox zərərdə

"Yüksək Texnologiyalar Parkı" MMC 2017-ci ili 529 min 793 manat zərər ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, 2016-cı ildə MMC-nin zərəri 983 min 492 manat təşkil etmişdi.

 

Reklam_3_11

"Marja" MMC-nin illik hesabatına istinadən xəbər verir ki, "Yüksək Texnologiyalar Parkı"nın ötən il cəmi gəlirləri 2016-cı illə müqayisədə 3,6% artaraq 71 min 38 manat təşkil edib. MMC 2016-cı ildə 68 min 547 manat cəmi gəlir əldə etmişdi.

 

Ötən il ümumi və inzibati xərclər 600 min 831 manat təşkil edib. 2016-cı ildə bu rəqəm 1 milyon  52 min manat olmuşdu. Xərclər azaldığından MMC-nin zərəri də 983 min 492 manatdan  529 milyon 793 min maata düşüb. 

 

Ötən ilin zərər ilə birlikdə MMC-nin yığılmış zərəri 4 milyon 82 min manata çatıb.


AKTİVLƏRİ AZALIB


2017-ci ilin sonunda "Yüksək Texnologiyalar Parkı" MMC 7 milyon 570 min manat cəmi aktivlərə, 594 min 863 manat cəmi öhdəliklərə və 6 milyon 975 min 148 manat cəmi kapitala malik olub.

 

MMC 2016-cı ilin sonunda 7 milyon 668 min 185 manat cəmi aktivlərə, 655 min manat cəmi öhdəliklərə və 7 milyon 13 min 179 manat cəmi kapitala malik idi. 

 

"Yüksək Texnologiyalar Parkı" 11 milyon manat büdcədən vəsait almasına və 50 min manat nizamnamə kapitalına malik olsa da, yığılmış 4 milyon 82 min manat zərər bu vəsaitn bir hissəsini silib və nəticədə cəmi kapital 6 milyon 975 min manata düşüb.

13.09.2018 15:11

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ