EUR/USD məzənnəsi qalxa bilər
GBP/USD məzənnəsi bahalaşmağa başlayıb və EUR/USD məzənnəsi də bahalaşa bilər. Bununla yanaşı bu gün önəmli fundamental məlumatların açıqlanması gözlənilir.
Dünya valyuta birjalarında EUR/USD məzənnəsi eniş trendini cari həftənin ilk günlərində də davam etdirib. Belə ki, cütlük üzrə qiymət bu gün Asiya sessiyasında 1.0590$-a kimi ucuzlaşıb. Azərbaycanın investisiya şirkəti İnvestAZ bildirir ki, kakin cütlük üzrə qiymətin texniki mənzərəsi üzrə təhlillər onu göstərir ki, məzənnə yenidən 1.0647 və 1.0681$-a kimi bahalaşa bilər. Hətta 1.07094-ın da şahidi ola bilərik.
GBP/USD məzənnəsində də bu gün Asiya sessiyasında bahalaşma müşahidə edilib. Artıq 1.2540$-a kimi bahalaşan cütlük üzrə qiymətin 1.2584 və 1.2673$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.
Eyni zamanda bu gün Bakı vaxtı ilə saat 13:30 və 14:00-da müvafiq olaraq Böyük Britaniyanın yanvar ayı üzrə inflyasiya səviyyəsi və Avrozonanın 2016-ci il üzrə iqtisadi inkişaf səviyyəsinin 2-ci hesablanması açıqlanacaqdır. Məlumatların açıqlanması fonunda FOREX bazarlarında ticarət aktivliyinin artması gözlənilir.
© İnvestAZ
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
13 saat əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
14 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 14 saat əvvəl
-
14 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 15 saat əvvəl
-
17 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 17 saat əvvəl
-
17 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
17 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir