Su və kanalizasiya üçün tədris mərkəzi yaradılacaq - PULLU SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Tədris mərkəzinin yaradılması və kadr hazırlığı layihəsinin icrası ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. 

 

"Marja" xəbər verir ki, Sərəncama əsasən, Tədris mərkəzinin yaradılması və kadr hazırlığı layihəsinin icrası məqsədi ilə  2018-ci il dövlət büdcəsindən  “Azərsu”  ASC-yə 5 milyon manat ayrılıb. 

 

Qeyd edilib ki, Ölkəmizdə içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı genişmiqyaslı tədbirlərin icrası kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə səbəb olmuşdur. Bu sahədə mütəxəssislərin peşəkarlığının və praktiki təlim vərdişlərinin artırılması qarşıya qoyulan ən mühüm vəzifələrdəndir. Hazırda təlim-tədris işinin müasir səviyyədə qurulması, beynəlxalq standartlara keçidin sürətləndirilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, habelə texniki-mühəndislik xidmətlərinin innovativ metod və təcrübə əsasında inkişaf etdirilməsi istiqamətində mühüm işlər həyata keçirilir.

Qeyd olunan istiqamətdə işlərin davam etdirilməsinin vacibliyi nəzərə alınaraq Sərəncam imzalanıb.

13 Sentyabr 2018 , 18:26   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin