"Səhmlər 20 faizədək ucuzlaşa bilər"

ABŞ-ın aparıcı hedc fondu rəhbərlərindən David Tepper, ABŞ ilə Çin arasındakı ticarət əlaqələrinin daha da pisləşməsi halında səhmlərdə kəskin şəkildə ucuzlaşma ola biləcəyini söyləyib.

 

"Marja" xəbər verir ki, CNBC-yə müsahibə verən Tepper, "Əgər dünyanın iki böyük iqtisadiyyatı arasında ticarət gərginlikləri daha da artarsa səhmlər 5-20 faiz dəyər itirə bilər" - deyib.

 

Qeyd edək ki, ABŞ və Çin bir-birlərinə qarşılıqlı gömrük rüsumları tətbiq edirlər. "Ticarət müharibəsini" ABŞ Prezidenti Donald Tramp elan edib.
 

14 Sentyabr 2018 , 10:39   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin