Azərbaycana 815 milyon dollar kredit ayırmağa hazırdır

Asiya İnkişaf Bankı (AİB) 2019-2021-ci illər ərzində Azərbaycanda layihələrə 815 milyon dollar ayırmağa hazırdır.

 

Bu, bankın saytında dərc edilmiş üç illik müddət üçün hazırlanmış biznes-plan hesabatında qeyd olunub.

 

Sənədə əsasən, Asiya İnkişaf Bankı bu müddət ərzində Azərbaycana 3 kredit ayıracaq.

 

Belə ki, 2019-cu ildə bank ölkə üçün 250 milyon dollar, 2020-ci ildə 265 milyon dollar, 2021-ci ildə isə 300 milyon dollar həcmində kredit ayıracaq.

 

2019-2021-ci illər üçün biznes-plan energetika, təhsil, maliyyə, İKT, dövlət sektorunun idarə olunması, su və şəhər infrastrukturları və xidmətlər sahəsində layihələrə vəsaitlərin ayrılmasını nəzərdə tutur.

 

Həmin müddət ərzində bank həmçinin 5 milyon dollar həcmində texniki yardım ayırmağı nəzərdə tutur.

 

Biznes-planda qeyd olunur ki, Asiya İnkişaf Bankı Azərbaycanda regional əməkdaşlıq və inteqrasiya üzrə təşəbbüslərin dəstəklənməsini davam etdirəcək.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

14 Sentyabr 2018 , 11:53   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin