Ən yuxarı (mobil)_30

"Azərbaycan enerji içkilərinə əlavə vergi tətbiq etməlidir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycan enerji içkilərinə əlavə vergi tətbiq etməlidir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Milli Məclisin deputatı Azər Badamov hesab edir ki,  enerji içkilərinin idxalına, istehsalına və satışına əlavə rüsum və vergilərin tətbiq edilməlidir. 

 

Millət vəkili qeyd edib ki, Azərbaycanda enerji içkilərinin əsas istehlakçıları yeniyetmələr və gənclərdir: 

 

"Bu içkidən istifadə etmək gənclər arasında, bir növ, dəb halını alıb. Onlar heç də düşünmürlər ki, orqanizmlərinin enerji içkisinə ehtiyacı yoxdur. Çünki gənc orqanizm kifayət qədər enerjilidir və qəbul edilən hər hansı stimulyasiyaedici vasitə onun məhvinə aparır. Biz gələcəyimiz olan gənc nəsli qorumaq istiqamətində ciddi addımlar atmalı, müxtəlif yollarla yeniyetmələrimizi zərərli vərdişlərdən, o cümlədən bu cür təhlükəli içkilərdən istifadə etməyi çəkindirməliyik. Hesab edirəm ki, çıxış yollarından biri də enerji içkilərinin idxalına, istehsalına və satışına əlavə rüsum və vergilərin tətbiq edilməsidir. Bu, həm həmin içkilərdən istifadənin miqdarını azaldar, həm də dövlət büdcəsinə əlavə vəsait gətirər...".

 

Bir müddət əvvəl Milli Məclisin deputatı Musa Quliyev də təklif etmişid ki, energetik içkilər Azərbaycanda aksiz dərəcəsi təyin olunan mallar siyahısına daxil edilməli, qiymətinin bahalaşması üçün ona əlavə aksiz vergiləri tətbiq edilməlidir.

14.09.2018 10:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ