Ən yuxarı statik reklam_3

Neft Fondu məzənnənin dəyişməsindən 5,7 milyard manat qazanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft Fondu məzənnənin dəyişməsindən 5,7 milyard manat qazanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il üzrə gəlir və xərclərinə dair məlumat açıqlandı

 

Reklam_3_11

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2016-cı il ərzində ARDNF-nin büdcə gəlirləri 9 milyard 410,2 milyon manat, büdcə xərcləri isə 9 milyard  022,1 milyon manat təşkil etmişdir.

 

Fonddan "Marja"ya daxil olmuş məlumata görə, 2016-cı il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 milyard 341,4 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 8 milyard 320,0 milyon manat, bonus ödənişləri 0,1 milyon manat, tranzit gəlirləri 18,0 milyon manat və akrhesabı ödənişlər 3,3 milyon manat təşkil etmişdir.

 

Ötən il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 milyard 68,8 milyon manata bərabər olmuşdur.

 

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 5 milyard 705,7 milyon manat təşkil etmişdir.

 

2016-cı il ərzində ARDNF-nin 2016-cı il büdcəsinin icrası çərçivəsində 7 milyard  615,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir.

 

Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 90,0 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 70,0 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 66,2 milyon manat vəsait ayrılmışdır. 31,6 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilmişdir. “Cənub Qaz Dəhlizi” layihəsi üzrə 797,4 milyon manat, “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə isə 331,8 milyon manat vəsait ayrılmışdır. 2016-cı il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 20,1 milyon manat təşkil etmişdir.

 

2017-ci il yanvarın 1-ə Fondun aktivləri 2016-cı ilin əvvəlinə (33 milyard 574,1 milyon ABŞ dolları) nisbətən 1,27% azalaraq 33  milyard 147 milyon ABŞ dollarına bərabər olmuşdur. Gəlirlərin xərcləri üstələməsinə baxmayaraq Fondun aktivlərinin azalmasının səbəbi Avro, İngilis funt sterlinqi, Türk lirəsi və Çin yuanı kimi valyutaların məzənnələrinin ABŞ dollarına qarşı zəifləməsi olmuşdur.

14.02.2017 08:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ