Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Hava qeyri-sabit keçəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hava qeyri-sabit keçəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sentyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-22, gündüz 28-33, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz olacaq.

 

Abşeronun şinal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Mülayim cənub küləyi əsəcək.

 

Azərbaycanın rayonlarında sentyabrın 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

 

ETSN xəbərdarlıq edir ki, sentyabrın 17-si axşam şimal və qərb rayonlarından başlayaraq sentyabrın 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

14.09.2018 11:04

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ