Rusiya bankı borca görə Ermənistanda mis yatağını müsadirə edir

“Rusiyanın VTB Bankı Ermənistanın “Texut” yatağını borcun qarşılığında götürmək niyyətindədir”.

 

Rusiya bankının nümayəndə heyəti bu məqsədlə artıq Ermənistandadır.

 

Bildirilib ki, “Valleks” şirkətlər qrupuna daxil olan “Texut” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Valeri Mejlumyan yatağı girov qoyaraq bankdan kredit götürüb. Ötən müddət ərzində onun borcu 380 milyon dollara çatıb.

 

“Qraparak”ın məlumatına görə, bank artıq yatağı müsadirə etməyə başlayıb. Valeri Mejlumyanın da onlarla birlikdə Texuta getdiyi bildirilib.

 

“Texut” yatağı mis-molibden ehtiyatına görə, Ermənistanda Kacaran yatağından sonra ikinci yerdədir. Bu yataq Ermənistanın şimalında Lori vilayətində, Gürcüstanla sərhədə yaxın Texut kəndində yerləşir. Yatağın mis-molibden ehtiyatı 450 milyon dollar qiymətləndirilir. Orada 100 min tona yaxın molibden, 1,6 milyon ton mis ehtiyatının olduğu bildirilir. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

 

14 Sentyabr 2018 , 13:48   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin