Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

İdarə Heyətinin 5 üzvündən 3-nün səlahiyyət müddəti bitib

iç səhifə xəbər başlığı altı (mobil)_31
İdarə Heyətinin 5 üzvündən 3-nün səlahiyyət müddəti bitib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin beş üzvündən üçünün səlahiyyət müddəti bitib.


AMB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev və sədrin müavinləri Vadim Xubanov və Aftandil Babayevin səlahiyyət müddəti bu ay başa çatıb.

Reklam_3_11

 

Qeyd edək ki, AMB-nin İdarə Heyətinə üzvlər Milli Məclisin qərarı ilə 5 il müddətinə seçilir.

 

A. Quliyev sonuncu dəfə 2012-ci ilin fevral ayında Milli Məclisinin qərarı ilə dördüncü dəfə Mərkəzi Bankın İdarə Heyətinin üzvü seçilib.

 

V. Xubanov 2012-ci ilin fevral ayında Milli Məclisinin qərarı ilə dördüncü, A. Babayev isə üçüncü dəfə bu vəzifəyə layiq görülüb.

 

Xatırladaq ki, 2015-ci ilin aprelində Milli Məclisin qərarı ilə E. Rüstəmov 5 il müddətinə Mərkəzi Bankın sədri, X. Abdullayev isə Mərkəzi Bankı sədrinin müavini vəzifəsinə təyin edilib.

 

Böyük ehtimalla, Milli Məclis bu ay AMB-nin İdarə Heyətinə yeni üzvlərin seçilməsi məsələsinə baxacaq.

 

© APA

14.02.2017 08:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ