Azərbaycanda dünya nəhəngini alternativ enerji layihələrinə cəlb edir

Energetika Nazirliyində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) və Norveçin “Equinor” şirkətinin nümayəndələrinin iştirakı ilə alternativ və bərpaolunan enerji mənbələrinin mövcud vəziyyəti və bu mənbələrdən istifadə sahəsində əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə dair iclas keçirilib.

 

Nazirlikdən "Marja"ya bildirilib ki, ölkədə alternativ və bərpaolunan enerji mənbələri üzrə həyata keçirilən layihələr, prioritetlər və planlar barədə məlumat verilib.

 

Bildirilib ki, Strateji Yol Xəritəsində müəyyən edilmiş hədəflərə çatmaq məqsədilə alternativ və bərpaolunan enerji sahəsində beynəlxalq şirkətlərlə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Belə görüşlərin keçirilməsində məqsəd “Equinor” şirkəti ilə alternativ enerji sahəsinin inkişafına təkan verəcək layihələrin birgə həyata keçirilməsinə nail olmaqdır.

 

“Equinor” şirkətinin meneceri Andres Yestad deyib ki, təmsil etdiyi şirkət gələcəkdə alternativ enerji layihələrinə daha çox investisiya yatırmağı planlaşdırır və 2030-cu ilə qədər investisiyaların 15 faizi məhz bərpaolunan enerji layihələrinə yönəldiləcək.

 

Sonra “Equinor”un “Yeni Enerji həlləri” mövzusunda təqdimatı dinlənilib.

 

Tədbirdə “Azərbaycanın alternativ enerji potensialı”, “Alternativ enerji layihələri və investisiya imkanları” barədə məruzələr edilib. Bildirilib ki, artıq 30-a yaxın sosial obyektdə bərpaolunan enerji mənbələri ilə bağlı layihələr həyata keçirilib. Bu sahənin inkişaf etdirilməsi üçün “Tik-təhvil ver” modelinin tətbiqinin vacibliyi və yeni qanun layihəsinin hazırlandığı qeyd edilib.

 

Müzakirələrin yekununda ikitərəfli əməkdaşlıq üçün perspektiv sahələrin seçilməsi, “Equinor” şirkəti tərəfindən əməkdaşlığa dair konkret təkliflərin təqdim edilməsi, gələcəkdə Energetika Nazirliyi ilə şirkət arasında əməkdaşlığa dair müqavilənin imzalanması məsələsinə baxılması qərara alınıb.

14 Sentyabr 2018 , 17:02   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin