“İnvest-Az”ın istiqrazları tam satıldı - HƏRRACIN NƏTİCƏSİ

14 sentyabr, 2018-ci il tarixində Bakı Fond Birjasında “İnvest-Az İnvestisiya Şirkəti”nin AZ2001019788  ISIN-li, 1 milyon 500 min ABŞ dolları həcmində, 1 il (365 gün) tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

 

Bakı Fond Birjasından "Marja"ya daxil olmuş məlumata görə, yerləşdirmə zamanı 1 istiqrazın hərrac qiyməti 1000 ABŞ dolları olmuşdur. Sifarişlər 5 investor tərəfindən təqdim edilmişdir.

 

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 milyon 500 min  ABŞ dolları olmuşdur.

 

İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 1 milyon 500 min ABŞ dolları təşkil etmişdir.

 

İstiqrazların ödəmə tarixi 16 sentyabr 2019-cu ildir.

14 Sentyabr 2018 , 17:41   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin