Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlandı

 

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açqılanıb. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, sentyabrın 15-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilsə də, sentyabrın 16-da gecə və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

 

Havanın maksimal temperaturu dağətəyi rayonlarda 27-32, dağlıq rayonlarda 19-24 dərəcə isti təşkil edəcək.

 

Lənkəran-Astara bölgəsində gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturu 28-33, dağlıq rayonlarda 20-25 dərəcə isti təşkil edəcək.

 

Aran rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

 

Naxçıvan MR-da əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 31-36 dərəcə isti təşkil edəcək.

 

Paytaxt qonaqlarının isə nəzərinə çatdırılır ki, hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

 

Cənub küləyi sentyabrın 16-da mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.

14.09.2018 15:42

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ