BP “Qobustan”da 61 faiz iştirak payı əldə etdi

BP şirkəti Azərbaycanda mövcud “Qobustan” Hasilatın Pay Bölgüsü Sazişində (HPBS) 61 faiz iştirak payı əldə edib.

 

BP-nin Bakı ofisindən "Marja"ya bildirilib ki, bu pay “Arawak Energy” şirkətinin filialı və “Vitol” Qrupun bir hissəsi olan “Commonwealth Gobustan Limited” şirkətindən alınıb və həmin şirkətə məxsus iştirak payının bir hissəsidir.

 

“Bu sövdələşmənin bir hissəsi olaraq, həmçinin SOCAR-ın da təsdiq etdiyi kimi BP həmin müqavilə sahəsində potensial perspektiv strukturu qiymətləndirmək məqsədilə bir axtarış-kəşfiyyat quyusu qazacaq və bu quyu ilə bağlı əməliyyatların operatoru olacaq. Quyunun 2019-cu ilin ikinci yarısında qazılması planlaşdırılır”, - deyə BP-nin məlumatında qeyd olunur.

14 Sentyabr 2018 , 18:22   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin