Mobil manşet üstü reklam-3_21

35 Azərbaycan şirkəti Moskvaya gedir

iç səhifə xəbər başlığı altı (mobil)_31
35 Azərbaycan şirkəti Moskvaya gedir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sentyabrın 17-də Rusiya Federasiyasının Moskva şəhərində “Worldfood Moscow 2018” Sərgisi açılacaq.

 

Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə, çay, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və digər məhsulların istehsalı və ixracı ilə məşğul olan 35 Azərbaycan şirkəti təmsil olunacaq.

 

Sərgi 20 sentyabr tarixinədək davam edəcək.

 

Qeyd edək ki, Azərbaycan sahibkarları artıq ikinci dəfədir ki, “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisində iştirak edirlər.

 

Ümumilikdə isə, indiyədək yerli məhsullarımız 13 beynəlxalq sərgidə vahid ölkə stendi ilə təmsil olunub.

14.09.2018 16:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ