Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanda devalvasiya riskini azaldan profisit - 1,7 MİLYARD DOLLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda devalvasiya riskini azaldan profisit - 1,7 MİLYARD DOLLAR

Azərbaycana daxil olan valyuta xaricə çıxarılandan 1,7 milyard dollar çoxdur


 

Reklam_3_11

2018-ci ilin yanvar-iyun ayları üzrə Azərbaycanın tədiyə balansının ümumi profisiti 1.7 milyard dollar təşkil etmişdir. 

 

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-mart ayları üzrə tədiyə balansının ümumi profisiti 1.1 milyard dollar təşkil etmişdi.

 

“Marja” 2018-ci ilin yanvar-iyun ayları üçün Azərbaycan Respublikasının Tədiyyə balansına istinadən xəbər verir ki, tədiyyə balansında artım bu həm neft qiymətinin 40% bahalaşması, həm də Cari Əməliyyatlar Balansında (CƏB) yaranmış müsbət tendensiyalar hesabına baş vermişdir.

 

Cari Əməliyyatlar Balansında 3,5 milyard dollarlıq profisit yaranmış, qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə ötən ilin müvafiq dövrünə nəzərən 25.7% (564 milyon dollar) artaraq 2.8 milyard dollar olmuşdur.

 

NEFT-QAZ SEKTORU QEYRİ-NEFT SEKTORUNUN KƏSİRİNİ ÖRTÜB

 

Cari əməliyyatlar hesabı 2018-ci ilin yanvar-iyun aylarında cari əməliyyatlar hesabında 3.5 milyard dollar məbləğində profisit yaranmış, o cümlədən neft-qaz sektoru üzrə profisit 6.3 milyard dollar məbləğində olmuşdur. Qeyri-neft sektoru üzrə CƏB kəsiri  ötən ilin müvafiq dövrünə nisbətən  25.7% (564 milyon dollar), neft-qaz sektoru üzrə CƏB profisiti isə 2.1 dəfə (3.3 milyard dollar) artmışdır. Neftqaz sektorunun 6.3 milyard dollarlıq profisiti qeyri-neft sektoru üzrə cari hesabın 2.8 milyard dollarlıq məbləğində kəsirini tam örtmüşdür. CƏB profisitin əsas amilləri:

 

- Xarici ticarət balansında profisitin 1.4 dəfə artması;

- İxracın neft-qaz sektoru üzrə 42.3%, qeyri-neft sektoru üzrə isə 14.1% artması;

- Xidmətlər balansında kəsirin 2.1 dəfə azalması, o cümlədən, tikinti xidmətləri üzrə kəsirin 2 dəfə (726 milyon dollar) azalması və turizm xidmətləri üzrə balansın 223 milyon dollar (20% artım) müsbət olması;

- İlkin gəlirlər balansında kəsirin 6.4% azalması;

- Təkrar gəlirlər balansında profisitin (71 milyon dollar) 24.2% artması.

 

TƏDİYYƏ BALANSI NƏDİR?

 

Tədiyə balansı ölkənin beynəlxalq iqtisadi əlaqələrinin mədaxil və məxaric formasında valyuta ilə ifadə olunmuş dəyəridir. Başqa sözlə tədiyə balansı beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbəti müəyyən edir. Tədiyə balansı 3 hissədən ibarətdir:

 

-Cari əməliyyatlar balansı;

-Kapitalın və maliyyənin hərəkəti balansı;

-Ehtiyat aktivləri.

 

Cari əməliyyatlar balansı malların və xidmətlərin idxalı və ixracının, faktor gəlirlərinin mədaxili və məxaricinin, habelə cari transfertlərin ümumi saldosunu özündə ehtiva edir.

 

DEVALVASİYA İLƏ ƏLAQƏSİ

 

Adətən, bir ölkə milli valyutasını devalvasiya edirsə, deməli, o ölkənin tədiyyə balansında kəsiri var. Yəni, ölkədən çıxan valyuta ölkəyə daxil olan valyutadan çoxdur. Dövlətlər kəsiri azaltmaq üçün devalvasiyaya gedirlər. Necə edilir? Dövlətlər devalvasiya edərək pul vahidlərinin dəyərini aşağı salırlar. Nəticədə xaricdən alınan məhsullar, yəni idxal bahalaşdığına görə azalır və daxildəki məhsullar ucuzlaşdığı üçün ixrac artır. Bu sayədə idxal və ixrac balansının tarazlaşdırılması məqsədi güdülür. Amma hər zaman devalvasiya uğurlu olmur və müsbət nəticə vermir.  Əgər ixrac ediləcək məhsullar ölkədə yetərli miqdarda istehsal edilmirsə devalvasiya bir işə yaramaz və idxal yenidən artır.

 

Tədiyyə balansından göründüyü kimi, Azərbaycanda kəsir deyil, profisit (artıqlıq) söz mövzusudur. Bu baxımdan devalvasiya riski azalır. Bu gün əsas risk, Manatın sabit qalması fonunda, Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrin milli valyutalarının ucuzlaması və nəticədə Azərbaycanın ixracı üçün təzyiqin artmasıdır. 

15.09.2018 06:17

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ