Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın xidmətlər balansında 950 milyon dollarlıq kəsir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın xidmətlər balansında 950 milyon dollarlıq kəsir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ilin yanvar-iyun aylarında xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində qarşılıqlı xidmətlər əsas yerlərdən birini tutmuş və bu xidmətlərin ümumi həcmi 5.9 mlrd. dollar təşkil etmişdir.

 

“Marja” 2018-ci ilin yanvar-iyun ayları üçün Azərbaycan Respublikasının Tədiyyə balansına istinadən xəbər verir ki, bunun 3.4 mlrd. dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 2.5 mlrd. dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Nəticədə xidmətlər balansında 953.7 mln. dollarlıq kəsir yaranmışdır. Neft-qaz sektoru üzrə kəsir 975.7 mln. dollar olmuşdur (əsasən 729.2 mln.dollar tikinti xidmətləri və 316.3 mln.dollar digər işgüzar xidmətlər). Qeyri-neft sektoru üzrə xidmətlər balansının 2017-ci ilin yanvar-iyun ayları ərzində olan 173.3 mln. dollarlıq kəsiri 2018-ci ilin müvafiq dövründə 22.1 mln. dollarlıq profisitlə əvəzlənmişdir.

 

Qarşılıqlı xidmətlər dövriyyəsinin 20%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 1.2 mlrd. dollar olan nəqliyyat xidmətlərinin 47.6%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat sistemlərindən istifadə etmələri ilə əlaqədardır. Azərbaycanın rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 561.6 mln.dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə  göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 618.7 mln.dollar təşkil etmişdir. Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı 1.6 dəfə artmışdır.

 

2018-ci ilin yanvar-iyun aylarında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi  ötən ilin müvafiq dövrünə nisbətə 7.3% artaraq 2.7 mlrd.dollar təşkil etmişdir. 2018-ci ilin yanvar-iyun ayları ərzində turizm xidmətləri üzrə profisit ötən ilin müvafiq dövrünə nisbətən 20% artaraq 223.4 mln.dollar (2017-ci ilin müvafiq dövründə 186.3 mln.dollar) təşkil edir (2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların sayı 10.3% artıb).

 

Öz növbəsində xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 1.2 mlrd.dollar məbləğində olmuşdur. Bunun 79%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər istisna olmaqla) payına düşür.

 

Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən tikinti xidmətlərinin dəyəri ötən ilin müvafiq dövrünə nisbətən 1.6 dəfə azalaraq 12.8 mln.dollar təşkil etmişdir. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə ö.i.m.d.n. 9.8% azalaraq 347.9 mln.dollar  olmuşdur.

15.09.2018 06:48

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ