Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Gömrük Ticarətin Asanlaşdırılması Mərkəzini istifadəyə verməyə hazırlaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gömrük Ticarətin Asanlaşdırılması Mərkəzini istifadəyə verməyə hazırlaşır

"Qırmızı körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi çərçivəsində Azərbaycan tərəfdə inşa olunmuş Ticarətin Asanlaşdırılması Mərkəzinin inzibati binasına baxış keçirilib.

 

Reklam_3_11

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, tədbirdə Gürcüstanın Maliyyə Nazirliyinin nümayəndələri, Azərbaycan DGK-nin sədr müavinləri - Cavad Qasımov və İqbal Babayev, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, BMT İnkişaf Proqramı və Avropa İttifaqının təmsilçiləri və digər şəxslər iştirak ediblər.

 

Tədbirdə çıxış edən C.Qasımov Ticarətin Asanlaşdırılması Mərkəzinin ümumi sahəsinin 12 hektar təşkil etdiyini deyib: "Mərkəzin inzbati binasının ümumi sahəsi 1590 kv. metr təşkil edir. Binanın birinci mərtəbəsində müvafiq dövlət qurumları vahid pəncərə prinsipi əsasında xidmət göstərəcək. İkinci mərtəbədə isə inzibati otaqlar və yeməkxana yerləşəcək. Mərkəzin ərazisində həmçinin yük avtomobillərinin yoxlanması üçün X-ray qurğusu yerləşdirilib, nəqliyyat vasitələrinin yüklənməsi və boşaldılması üçün xüsusi yer və yataqxana da var".

 

Sədr müavini qeyd edib ki, DGK-də struktur dəyişiklikləri və islahatlar həyata keçirilir: "Komitə 10-na yaxın dövlət qurumu ilə əməkdaşlıq haqqında protokol imzalayıb. Həmin qurumlarla birgə Ticarətin Asanlaşdırılması Mərkəzinin inzibati binasının daxili dizaynı üzrə işlər həyata keçiriləcək. Bir ay ərzində işlərin yekunlaşdırılması nəzərdə tutulub".

 

"Qırmızı körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi çərçivəsində həmçinin Gürcüstan tərəfdə inşa olunmuş Sanitar, Fitosanitar və Baytar Nəzarəti üzrə Laboratoriyanın da açılışı olub. Laboratoriyanın əsas məqsədi sərhəd-keçid məntəqəsində sanitar, fitosanitar və baytar nəzarətini sürətləndirərək bu prosedurların Avropa standartlarına uyğunlaşdırılmasını təmin etməkdir.

 

Qırmızı körpü sərhəd-keçid məntəqəsi ilə bağlı pilot layihəsinin icrası müddətində əldə olunmuş uğurları və təcrübəni nəzərə alaraq, bu tip infrastrukturun həm Azərbaycan, həm də Gürcüstanın digər sərhəd-keçid məntəqələrində də tikilməsi planlaşdırılır.

17.09.2018 06:19

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ