Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Faiz artırmaq Türkiyə üçün həll deyil"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Faiz artırmaq Türkiyə üçün həll deyil"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32


Məşhur investor Mark Mobius Türkiyə Mərkəzi Bankının (TCMB) faiz artırmasının iqtisadiyyata inamı artırmayacağını söyləyib.
 

"Marja" xəbər verir ki, CNBC-yəverdiyi müsahibəsində faiz artırmağın həll yolu olmadığını bildirən məşhur investor, "Çıxış yolu, təkcə xarici deyil, yerli investorların da etimadını qazanmaqdan keçir. Bu da büdcədə balanslı siyasət formalaşdırmağa başlamaqdan və investora güvən verən addımlar atmaqdan keçir" deyib.
 

Reklam_3_11

İqtisadi çətinliklərlə mübarizə aparan Argentina nümunəsini göstərən Mobius "Argentina da faiz artırıb, ancaq inam yaranmayınca faiz artırmaq da təsiri olmur" ifadəsini istifadə edib.
 

Argentina Mərkəzi Bankı, keçən ay pul vahidi Pesonun dəyərdən düşməsinin qarşısını almaq üçün faizi  45 faizdən 60 faizə qaldırmış, lakin bu addım da Pesonun ucuzlaşmasının qarşısını almamışdır.
 

Türkiyə Mərkəzi Bankı sentyabr toplantısında faizi 6,25 bənd artıraraq 17,75%-dən 24%-ə yüksəltmişdir. Prezident Ərdoğan bir çıxışında faiz barədə, "Mərkəzi Bank faizi olduqca yüksək artırıb. Haydı, buyur müstəqillik... Müstəqilliyin nəticəsini görəcəyik, hazırda şəxsən mən səbr edirəm" ifadələrini işlətmişdi.

17.09.2018 06:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ