İbrahim Nehrəmlinin şirkəti məhkəməyə verilib
Məsaməli hörgü blokları istehsalçısı “AAC” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) “Avesta Konserni” MMC-ni məhkəməyə verib.
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “AAC” pul barədə tələb irəli sürüb.
Tələb olunan pulun məbləği açıqlanmır.
Məhkəmə iddianı təmin edib. Qərardan narazı qalan “Avesta Konserni” MMC apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini təmin etməyib.
Xatırladaq ki, çoxmərtəbəli yaşayış binalarının və digər obyektlərin tikintisi ilə məşğul olan “Avesta Konserni”nin sahibi Hacı İbrahim Nehrəmlidir (İbrahimov).
“Synergy Group” ASC-nin təsis etdiyi “AAC” MMC Azərbaycanda və Cənubi Qafqazda “Gobustone” brend adı ilə məsaməli qazobeton blokların istehsalçısıdır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 28 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Biz ölkənin ən böyük müştəri bazasına malik bankıyıq" - MÜSAHİBƏ
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Prezidentlər dağıdılmış yerlərə baxıb, Baş planlar ilə tanış olublar
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib