Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

PAŞA Bankdan biznesin maliyyələşdirilməsi üçün yeni xidmətlər paketi!

iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA Bankdan biznesin maliyyələşdirilməsi üçün yeni xidmətlər paketi!

(®) Azərbaycanın aparıcı korporativ bankı - PAŞA Bank kiçik və orta sahibkarlıq nümayəndələrinin B2B sahəsi üzrə təchizatlarının maliyyələşdirilməsi üçün yeni xidmətlər toplusunu təqdim edir. Bu maliyyələşdirmə sxemi mal və xidmət təchizatı zəncirinin bütün iştirakçılarını birləşdirir, lazımi likvidliyin təmin edilməsi üçün maksimal bəhrələnmək imkanı verir.

 

Reklam_3_11

PAŞA Bankın Kiçik və orta sahibkarlıq üzrə bankçılıq departamentinin direktoru Aleksandr Qolovkonun sözlərinə görə təchizat zəncirinin maliyyələşdirilməsi üzrə xidmətlər paketinin dövriyyə vəsaitinin artırılması üçün istifadə olunan ənənəvi kredit məhsullarından əsas fərqi ondan ibarətdir ki, sahibkar girov təmin etmədən nisbətən qısa müddət ərzində pul vəsaitinə çıxış əldə edir və bu məhsul üzrə faiz dərəcəsi digər növ kreditləşmələrin faiz dərəcəsindən orta hesabla 2-3% daha aşağıdır.

 

«Burada bizim əsas məqsədimiz kiçik və orta sahibkarlıq üzrə müştərilərimizin biznes fəaliyyətlərinə lazım olan likvidliyin təmin olunması üçün dövriyyə vəsaitlərinə olan ehtiyacını təmin etmək, B2B sektorunda təchizat prosesinin maliyyə effektivliyini artırmaq, biznesin maliyyə risklərini azaltmaq və əlbəttə ki, istifadəsi asan və keyfiyyətli bank xidmətini təmin etməkdir. Artıq bu gün biz deyə bilərik ki, bu maliyyələşdirmə sxemi iqtisadiyyatın neft-qaz, telekommunikasiya, ticarət və xidmətlər, tikinti, informasiya və kommunikasiya texnologiyaları, gündəlik tələbat məhsulları (FMCG) və digər sektorlarında iri bizneslərə xidmət göstərən sahibkarların marağına səbəb olub. Bu xidmətlər paketinin kiçik və orta sahibkarlar üçün cəlbedici olduğunu nəzərə alaraq ilin yekununa bu seqmentdə portfel artımının 100% təşkil edəcəyini ehtimal edirik", – deyə A. Qolovko fikrini yekunlaşdırdı.

 

Onu da qeyd etmək lazımdır ki, kiçik və orta sahibkarlıq üzrə müştərilərin təchizat zəncirinin maliyyələşdirilməsi xidmətinin təqdim edilməsi PAŞA Bankın 2018-2020-ci illəri əhatə edən İnkişaf strategiyası çərçivəsində həyata keçirilir.

 

Əlaqə
13, Yusif Məmmədəliyev küç. 
Bakı, AZ1005, Azərbaycan 

Korporativ müştərilər üçün:
*8123 / (+994 12) 496 50 04 

Fərdi müştərilər üçün:
*9123 / (+99 412) 496 50 00

Baş ofis: (+994 12) 496 51 00 
F: (+994 12) 496 50 10 
E: [email protected]

17.09.2018 08:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ