Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

150 min manata özəlləşdirildi - növbəti hərrac baş tutub

iç səhifə xəbər başlığı altı (mobil)_31
150 min manata özəlləşdirildi - növbəti hərrac baş tutub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əmlak Məsələləri Dövlət Komitəsinin təşkilatçılığı ilə 14 fevral tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac baş tutub. Komitədən “Marja”ya daxil olmuş məlumata görə, hərracda ümumilikdə 16 dövlət əmlakı özəlləşdirilib.   Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün (https://goo.gl/Jk8Cz7) göstərilən linkə keçid etmək kifayətdir.

 

Özəlləşdirilmiş 9 kiçik dövlət müəssisəsi paytaxtın Binəqədi, Nəsimi, Suraxanı rayonlarında yerləşir. Hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak Masallı rayonunda yerləşən quşçuluq üzrə yardımçı təsərrüfat olub. Belə ki, adıçəkilən əmlak 150 min manata özəlləşdirilib. Regionlarda baş tutmuş hərracların gedişatı böyük monitorlar vasitəsilə izlənilib.

 

Hərracda fiziki və hüquqi şəxslər tərəfindən özəlləşdirilmiş qeyri-yaşayış sahələri paytaxtın Binəqədi, Nərimanov, Suraxanı rayonlarında, eləcə də regionlarda Mingəçevir rayonunda yerləşir. Bu əmlakların sahəsi 20-60 kv.m. arasında dəyişir. Ən yüksək qiymətə özəlləşdirilmiş qeyri-yaşayış obyekti Mingəçevir rayonunda yerləşən əmlak olub. Hərracın qalibi bu əmlak üçün 100 min manat təklif edərək əmlakı əldə edib.

 

Hərracda özəlləşdirilmiş 7 nəqliyyat vasitəsi müxtəlif dövlət qurumlarının balansında olan lakin xidməti istifadədən çıxarılmış nəqliyyat vasitələridir. Hər bir nəqliyyat vasitəsinin fotosu və müvafiq məlumatlar hərrac günündən 1 ay əvvəldən komitənin özəlləşdirmə portalında əks olunur. Portalda nəinki nəqliyyat vasitələri, eyni zamanda, hər bir kiçik dövlət müəssisəsi və obyekti, qeyri-yaşayış sahəsi, səhmdar cəmiyyətləri barədə ətraflı məlumatlar və göstəricilərlə, həmçinin yerləşdiyi ərazini göstərən xəritələri və fotolarla tanış olmaq mümkündür.

 

Növbəti belə bir hərrac 21 fevral tarixində keçiriləcək. Bu tarixdə hərraca çıxarılacaq əmlaklar haqqında ətraflı məlumat almaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

 

http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1242

 

Hər həftə keçirilən belə hərraclara paytaxt Bakı ilə yanaşı regionlarda olan kiçik dövlət müəssisələri, səhmdar cəmiyyətləri, nəqliyyat vasitələri, dövlət nəfinə müsadirə edilmiş əmlaklar çıxarılır. Özəlləşməyə çıxarılan müəssisələr sənaye, nəqliyyat, tikinti, inşaat kimi müxtəlif sahələrə aiddir. İstənilən hüquqi və fiziki şəxs hərraclarda iştirak edib əmlak sahibi ola bilər. Hərracda iştirak edən lakin qalib olmayan şəxs 10 gün ərzində komitəyə müraciət edərək behi geri ala bilər.

14.02.2017 09:28

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ