Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda rəsmi işsiz statusu verilmiş şəxslərin sayı açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda rəsmi işsiz statusu verilmiş şəxslərin sayı açıqlandı

2018-ci il sentyabrın ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 35,4 min nəfər olmuş, onların 37,1 faizini qadınlar təşkil etmişdir. İşsizlikdən sığorta ödənişinin orta məbləği 249,9 manat olmuşdur.

 

Reklam_3_11

"Marja" Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2018-ci il sentyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 130,9 min nəfər olmuş, onlardan 4 milyon 879,8 min nəfərini məşğul əhali təşkil etmişdir.

 

Cari il avqustun 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 milyon 543,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 881,8 min nəfər, qeyri-dövlət sektorunda isə 661,3 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft sektorunda 33,7 min nəfər, qeyri-neft sektorunda isə 1 milyon 509,4 min nəfər çalışmışdır.

 

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,7 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,2 faizi tikintidə, 6,8 faizi emal sənayesində, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 2,2 faizi mədənçıxarma sənayesində, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olmuşdur. Xidmət sahəsində işləyənlərin 21,3 faizi təhsil, 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,0 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi istirahət, əyləncə və incəsənət, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,9 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,6 faizi informasiya və rabitə, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışmışlar.

 

2018-ci ilin yanvar-iyul aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 149,1 saat təşkil etmişdir.

17.09.2018 13:16

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ