Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Özbəkistanda 2018-2022-ci illərdə 278 otel inşa ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Özbəkistanda 2018-2022-ci illərdə 278 otel inşa ediləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Özbəkistan Turizmin İnkişafı üzrə Dövlət Komitəsindən verilən açıqlamada, 2018-2022-ci illərdə ölkə daxilində 278 otelin inşa edilməsinin planlaşdırıldığı qeyd edilib. Bu otellərin dövlət-özəl tərəfdaşlığı əsasında iişlədilməsinin nəzərdə tutulduğu bildirilib.
 

Açıqlamada, 2018-2020-ci illərdə dövlət-özəl tərəfdaşlığında 100 ədəd, 2021-2022-ci illərdə də 178 ədəd otelin inşa edilərək fəaliyyətə başlayacağı bildirilib. Mehmanxanaların inşa edilməsində Türkiyədəki otellərin təcrübələrindən istifadə ediləcəyi vurğulanıb. Açıqlamaya görə, sözügedən otellərin inşa edilməsində Türkiyədəki 8-50 otaqlı otellər nümunə götürüləcək.
 

Otellərin inşa ediləcəyi ərazilər ən azı 20 il eyni sektorda fəaliyyət göstərmək və mehmanxana ətrafında abadlıq işləri aparmaq şərtilə investorlara pulsuz veriləcək. Dövlətə məxsus olan və istifadə edilməyən mehmanxana və ya binalar isə "0" dollara investorlara veriləcək və ya icarəyə götürüləcək.
 

 Özbəkistan hökuməti son dövrdə ölkədə turizmin inkişaf etdirilməsinə yönələn bir sıra qərarlar verib. Bu çərçivədə mart ayında bir çox ölkəyə viza sərbəstliyi və ya asanlığı təmin edən Özbəkistan, son olaraq da əcnəbilərə tətbiq edilən müvəqqəti yaşamaq üçün qeydiyyata alınma zərurətini ləğv edib. Həmçinin daha əvvəl vətəndaşlar üçün qapalı məkanlar olan Suffa Beynəlxalq Radio Astronomiya Rəsədxanası, Temirlenk Mağarası, Canka Gölü, Həzrət Sultan Kompleksi və Severtsev  turistlərin ziyarətinə açılıb.
 

Özbəkistanda böyük bir qismi Daşkənd, Səmərqənd, Buxara və Hive şəhərlərində olmaqla minə yaxın otel fəaliyyət göstərir.

17.09.2018 13:37

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ