Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Hesablama Palatasından “Azərkosmos”a tövsiyə - "GƏLİRİ ARTIRIN"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hesablama Palatasından  “Azərkosmos”a tövsiyə - "GƏLİRİ ARTIRIN"

Hesablama Palatası Yer səthinin məsafədən müşahidə peyki olan "Azersky" peykinin xidmətlərinin satış həcmini arırmaq məqsədilə “Azərkosmos” ASC-yə əlavə tədbirlər görməyi tövsiyyə edib.

 

Reklam_3_11

“Həm daxili, həm də xarici bazarlarda olan "Azersky" peykinin xidmətlərinin satış həcmini artımaq üçün “Azərkosmos” əlavə tədbirlər görməlidir”, - 2016-2017-ci illərdə “Azərkosmos” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri üzrə Palatanın yekun rəyində qeyd olunur.

 

Məlumata əsasən, məbləğində "Azersky" peykinə ümumi xərclərin 176 mln. 512 min 470,16 avro təşkil etdiyi halda peykin istismarından gəlirlər 93 mln. 498 min 473,22 avro təşkil edib (1 yanvar 2018-ci il tarixinə).

 

“Bu vəziyyət “Azərkosmos”un maliyyə-təsərrüfat fəaliyyətinə mənfi təsir edən əsas əmillərdən biridir”, - Palata qeyd edir.

Hesablama Palatasının məlumatına görə, Fransanın Airbus Defence and Space şirkəti ilə razılığa əsasən "Azersky" peykinin xidmətlərinin satışı zamanı yalnız 10 xarici ölkəyə üstünlük verilir - Gürcüstan, Moldova, İran, Estoniya, Latviya, Litva, Özbəkistan, Tacikistan, Türkmənistan və Qırğızıstan. Eyni zamanda, 2016-2017-ci illərdə faktiki olaraq cəmi 4 ölkəyə satışlar həyata keçirilib - İran, Estoniya, Özbəkistan və Tacikistan.

17.09.2018 14:03

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ