"Qazprom"un qaz hasilatı və ixracı artıb
Rusiyanın enerji şirkəti "Qazprom"un 1 Yanvar-15 Sentyabr tarixlərində qaz hasilatı və qaz ixracı artıb.
"Qazprom"dan bildiriblər ki, 1 Yanvar-15 Sentyabr dövründə şirkətin qaz hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz artaraq 344 milyard kubmetr təçkil edib.
Şirkətin bu dövrdə MDB ölkələri xaric qaz ixracı da 5,8 faiz artımla 141,3 milyard kubmetrə yüksəlib.
Şirkətin daxili bazarda satdığı qaz miqdarında da 5,2 faiz artım olduğu qeyd edilib.
"Qazprom"un rəhbəri Aleksey Miller, bir müddət əvvəl verdiyi açıqlamada, 2018-ci ilin sonuna qədər Avropaya 200 milyard kubmetr qaz təmin edərək ixracatda rekord səviyyəyə çatmağı qarşılarına məqsəd qoyduqlarını bildirmişdi.
Dünyanın ən böyük qaz istehsalçısı olan "Qazprom" Avropanın qaz ehtiyacının təxminən 30%-ni qarşılayır. Şirkət, keçən il Avropaya 194,4 milyard kubmetr təbii qaz ixrac etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Evdə" təhsil məktəbində baş verən qanunsuzluqlar ilə bağlı cinayət işi başlanıb
-
9 saat əvvəl
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub
-
10 saat əvvəl
İş vədi ilə aldadılaraq Azərbaycana gətirilən əcnəbilər saxlanılıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Electro-İndustries” şirkətinin əməkdaşı iş zamanı aldığı xəsarətlərdən ölüb
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Qiyməti 12 min dollara yüksələcək" xəbərdarlığından sonra misin qiyməti 10 min dolları ötdü
-
10 saat əvvəl
Əmək müqavilələrinin sayı və məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar artır
- 10 saat əvvəl