Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Banklara vergi güzəştlərinin edilməsi təklif olunur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Banklara vergi güzəştlərinin edilməsi təklif olunur

 Kredit portfelində real sektora qoyulan kreditlərin xüsusi çəkisinin üstünlük (təqribən 70%-dən yuxarı) təşkil etdiyi bankların real sektora orta faiz dərəcəsindən aşağı olmaqla verdiyi kreditlər üzrə əldə etdikləri gəlirlərinin müddətli mənfəət vergisindən azad edilməsi təklif olunur.

 

Belə bir təkliflə Hesablama Palatasının aqrar, ekologiya və yanacaq-enerji sahələrinin auditi sektorunun müdiri Siyavuş Müstafayev iqtisadiyyatın real sektoruna yönəldilən resursların artırılması və nəticəliliyinin yüksəldilməsi bağlı məqaləsində çıxış edib.

 

Həmçinin kənd təsərrüfatında risklərin yüksək olduğu nəzərə alınaraq bu sahənin kreditləşməsi üçün xüsusi stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi, o cümlədən kənd təsərrüfatına verilən kreditlərin sığortalanması mexanizminin tətbiqi, iqtisadiyyata kredit qoyuluşları üzrə regional tarazlığın təmin olunmasına və kredit qoyuluşlarında aqrar sektorun payının kifayət qədər artmasına müsbət təsir göstərə biləcəyini nəzərə alaraq kənd təsərrüfatına xidmət edən ixtisaslaşmış bankın yaradılması və bankın vəsaitləri hesabına kreditləşmə müqabilində girov predmetinin daha geniş dairəsinin kredit öhdəliklərinin təminatı kimi çıxış etməsi, habelə əhalinin aztəminatlı qruplarına kreditlərin verilməsi zamanı öhdəliyin təminatı kimi zaminlik üsuluna yer verilməsi imkanlarının yaradılması təklif olunur.

 

Bundan başqa, bankların real sektorun müxtəlif sahələrində kredit əməliyyatlarını genişləndirmək məqsədilə kredit istifadəçilərinin maliyyə göstəricilərinin şəffaflığının artırılması, kredit təşkilatları tərəfindən konsaltinq xidmətlərinin göstərilməsi, o cümlədən müştərilərin investisiya təşəbbüsləri üzrə inkişaf strategiyalarının müəyyən edilməsi və həyata keçirilməsində yardım göstərilməsi, müştərilər üçün biznes-planların hazırlanması və s tövsiyə olunur. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

17.09.2018 17:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ