Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanda qənd və şəkər tozu istehsalı tənəzzüldədir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda qənd və şəkər tozu istehsalı tənəzzüldədir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda qənd və şəkər tozu istehsalı tənəzzüldədir.

 

Reklam_3_11

“Marja” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-avqust dövründə 106,9 min ton qənd və şəkər tozu istehsal edilmişdir. Bu, 2017-ci ilin eyni dövrü ilə müqayisədə 35,7 faiz azdır. 2017-ci ilin yanvar-avqust dövründə 166,3 min ton şəkər tozu istehsal edilmişdi.

 

Qeyd edək ki, ötən ilin yanvar - avqust dövründə  bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə qənd və şəkər tozu istehsalı  40,3 faiz azalmışdı. Belə ki, 2016-cı ilin 8 ayı ərzində 278,4 min ton qənd və şəkər tozu istehsal edilmişdi.

 

2016-cı ilin 8 ayı ilə müqayisədə cari ilin 8 ayında istehsal edilmiş qənd və şəkər tozu 2,6 dəfə azdır.

 

Daxili istehsalın azalması ilə bərabər idxalın da azalması təəccüblüdür. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2018-ci ilin 8 ayı ərzində Azərbaycana 54 milyon 477 min dollar dəyərində 148 min 852 ton şəkər idxal olunub. 2017-ci ilin 8 ayı ərzində 109 milyon 394 min dollar dəyərində  233 min 135  ton şəkər idxal olunmuşdu.

18.09.2018 05:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ