Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Trampdan 200 milyard dollarlıq göstəriş - "QİSASA-QİSAS" CAVABI GÖZLƏNİR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Trampdan 200 milyard dollarlıq göstəriş -  "QİSASA-QİSAS" CAVABI GÖZLƏNİR

ABŞ Prezidenti Donald Tramp, Çindən idxal edilən 200 milyard dollarlıq məhsula 24 Sentyabrdan etibarən 10 faiz gömrük vergisi tətbiq olunacağını bildirib.
 

"Marja" xəbər verir ki, Ağ Evdən verilən yazılı açıqlamaya görə, Tramp, ABŞ Ticarət Nümayəndəliyinə (USTR) Çinə qarşı ikinci gömrük vergisi paketini həyata keçirmək tapşırığı verib.
 

Təxminən 200 milyard dollarlıq məhsulu əhatə edən tariflərin bir həftə sonra qüvvəyə minəcəyini bildirən Tramp, "7 həftə davam etmiş müzakirələrdən sonra, bugün USTR-yə təxminən 200 milyard dollarlıq Çin idxalına qarşı əlavə tarifləri tətbiq etməyə başlamaq göstərişini verdim. 24 Sentyabrda qüvvəyə minəcək və il sonuna qədər 10 faiz səviyyəsində qalacaq tariflər, 1 Yanvar 2019-dan etibarən faiz 25e yüksələcək", -ifadələrini istifadə edib.
 

Tramp, dünyanın ən böyük iki iqtisadiyyatı arasında "ticarət müharibəsinin" böyüməsinə səbəb olacağı nəzərdə tutulan açıqlamasında, Çinin qarşılıq verilməyə getməsi vəziyyətində təxminən 267 milyard dollarlıq Çin  məhsulunu əhatə edən üçüncü tarif paketinin anında qüvvəyə minəcəyini vurğulayıb.
 

Çin rəhbərliyini "ölkənin ədalətsiz ticarət fəaliyyətlərinə son qoymağa" dəvət edən Tramp, "Ümid edirəm ki, bu ticarət məsələsi, hörmət etdiyim Çin Dövlət başçısı Şi və mənim tərəfindən həll ediləcək" deyib.


 
ABŞ-ın indiyə qədər atdığı proteksionist ticarət addımlarına "qisasa qisas" cavabı verən rəsmi Pekin, 200 milyard dollarlıq məhsula təsir edəcək ikinci tarif paketinə necə qarşılıq verəcəyi isə maraqla gözlənilir.
 

5 MİN ÇİN MƏHSULU
 

Trumpın hökuməti,  5 min fərqli məhsulun yer aldığı 200 milyard dollarlıq Çin qeydiyyatlı məhsulun siyahısını İyulun 10-da açıqlamışdı. 
 

18.09.2018 08:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ