Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“AtaSığorta”dan “Petrollu Kasko” həmləsi - MÜSAHİBƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AtaSığorta”dan “Petrollu Kasko” həmləsi - MÜSAHİBƏ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“AtaSığorta” ASC İdarə Heyətinin sədr müavini Qoşqar Həsənovun "Marja"ya müsahibəsi


 

Reklam_3_11

-Hörmətli Qoşqar müəllim, “AtaSığorta”  Şirkəti haqqında qısa məlumat verməyinizi xahiş edirik.

 

“AtaSığorta” ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Şirkətimizin ödənilmiş nizamnamə kapitalı 14,6 mln. manat təşkil edir.  Şirkətimizin aktivləri hal-hazırda 30 milyon manatdan çoxdur. Şirkətimiz  26 könüllü və 4 icbari sığorta növü üzrə sığorta xidmətləri təqdim edir. İcbari Sığorta Bürosunun üzvüdür. “AtaSığorta” ASC Bakı şəhəri daxil olmaqla regionlar üzrə 15 filialı, 19 nümayəndəliyi və 60-dan çox satış ofisləri ilə müştərilərə xidmət göstərməkdədir.

 

-Qeyd etdiniz ki, 30 növ üzrə sığorta xidməti göstərirsiniz.  Müştərlərin daha çox üstünlük verdiyi sığorta növləri hansılardır?

 

Bəli, hazırda 30 sığorta növü üzrə müştərilərə sığorta xidmətləri göstəririk. Qeyd edim ki, bütün sığorta məhsullarından istifadə edilməsi vacibdir. Sığorta növləri  iki hissəyə bölünür. Könüllü növlər  və icbari növlər. Bu gün sığorta məhsulunu almaq istəyən müştərilər ilk növbədə icbari növləri alırlar. Sonra isə digər könüllü sığorta növlərini almağa səy göstərirlər.  

 

-“AtaSığorta” könüllü sığorta növləri üzrə növbəti illərdə  bazar rəqabətinə necə davam gətirmək niyyətindədir? 

 

-Biz sığorta yığımlarımızın genişlənməsini və xərclərin müəyyən formada optimallaşdırılmasını planlaşdırırıq.  2018-2020 ci  illər üzrə şirkətimizin strategiyasına uyğun olaraq qarşımızda duran proqnozlar bunu deməyə imkan verir. Hesab edirik ki, bu il və növbəti illər üzrə könüllü satışlarımızı  artıracağıq.  Qeyd edə bilərəm ki, 2018-ci ilin 8 ayı ərzində könüllü satışlarımız ötən ilin eyni dövrü ilə müqayisədə 25 % artıb. Şirkətimiz  könüllü növlər üzrə müştərilərin rahatlığına və istəklərinə uyğun olaraq “Sərfəli Kasko”, “Qoşa Kasko”, “Arxayın mən” və “Sığortalıyam”  məhsullarını  bazara təqdim edib.

 

Sentyabr ayından etibarən  daha bir yeni məhsul “Petrollu Kasko”  məhsulu müştərilərə  təqdim olunub. 

 

Sığorta risklərimizi səmərəli idarə etmək məqsədilə sığorta portfelimizi bir qədər diversifikasiya etmək istəyirik.  Həmçinin,  xidmətlərimizin keyfiyyətini artırmaqla sığorta bazarında ciddi rəqabət aparan şirkətlərdən biri kimi bütün imkanlarımızdan istifadə etməyə çalışırıq.  Şirkətimiz fəaliyyətinin əsas prinsipi fiziki və hüquqi şəxslərə  yüksək səviyyədə sığorta xidmətləri göstərməklə, onların təlabatına uyğun yeni məhsulları təqdim etməyi davam etdirməkdir.

 

-Qoşqar müəllim, könüllü növlər üzrə hansi yeniliklər olacaq? Satış üsulları dəyişəcəkmi?

 

- Təbii ki, hər zaman olduğu kimi bu sahədə yeniliklər olacaq. Məsələn, 2018 - cı il üçün əsas istiqamət həmişə olduğu kimi, sığortalıya və potensial sığortalıya maksimum yaxın olmaqdır. Satış strategiyamızda daim bazarın təlabatını nəzərə almağa çalışırıq. Belə ki  həm icbari, həm də könüllü sığortada müştərilərlə danışıqlar aparırıq ki, onların sığortadan gözləntilərini müəyyən edib, tələbə uyğun  məhsullar hazırlayaq. Məsələn, bu ilə maraqlı iki layihəmiz var, onu artıq açıqlamaq olar. Biz, yeni “Petrollu Kasko” məhsulunu və “Medical Travel” tibbi sığorta paketini Azərbaycan Respublikası ərazisində bütün (xarici və yerli vətandaşlar) səyahət edən şəxslər üçün hazirlamışıq. Hazırda “Petrollu Kasko“ üzrə  reklam məsələləri və digər məzələlər tam şəkildə tamamlanmış və müştərilərin ixtiyarına verilmişdir. Həmçinin, “Medical Travel” tibbi sığorta məhsulunu tamamlanmaq üzərəyik və tezliklə bu layihəyə başlayacağıq.

 

-Qeyd etdiniz ki, sentyabr ayından “AtaSığorta” ASC sığorta bazarına yeni “Petrollu Kasko”  məhsulunu təqdim edib.  Xahiş  edirik,  “Petrollu Kasko” məhsulu haqqında ətraflı məlumat verərdiniz.   

 

-Bəli,  “AtaSığorta”  ASC sentyabr ayından etibarən sığorta bazarına yeni “Petrollu Kasko”  məhsulunu təqdim edir.  Daim müştərilərin məmnuniyyətini düşünən “AtaSığorta”  ASC bu dəfə  fərqli və səmərəli şərtlərlə  fiziki şəxslərə əlverişli avtomobil sığortası  təklif edir. “Petrollu Kasko”  məhsulunu əldə etdikdə müştəri  həm avtomobili sığortalayır, həm də hədiyyə qazanır. Belə ki, bu məsulu əldə edən  müştəriyə sığorta olunan  avtomobilin bazar dəyərinin 1 %-i həcmində yanacaq hədiyyə edilir. Hədiyyə olunan yanacaq müştəriyə 2 hissədə təqdim olunur. Yanacağın 50 %-i müqavilə rəsmiləşdirilən zaman, 50 %-i isə 3 aydan sonra müştəriyə  verilir.

 

“Petrollu Kasko” məhsulunu  bazar dəyəri 10 000 manatdan 80 000 manatadək və istehsalı ili 2000-ci ildən yuxarı olan avtomobil sahibləri  əldə edə bilərlər.  Bu məhsulu aldıqda  avtomobil tam dəyərində birdəfəlik  sığortalanmalıdır və sığorta tarifi çox sərfəlidir.  Məsələn, dəyəri 30 000 manat olan avtomobil üzrə sığorta haqqı 960 manata qədər təşkil edir və müştəriyə 300 manat dəyərində yanacaq hədiyyə olunur.

 

-“Petrollu Kasko” sığorta məhsulunu online almaq mümkündürmü?

 

-Bəli,  həm “Petrollu Kasko” məhsulunu,  həm də  “AtaSığorta” ASC-nin digər məhsullarını “AtaSığorta” ASC-nin   www.atasigorta.az  internet səhifəsindən  online sifariş etmək mümkündür.  Həmçinin, “AtaSığorta” ASC-nin  (012) 936 telefon xətti daim müştərilərin xidmətindədir.

 

-“Petrollu Kasko”  məhsulunu  əldə etmək üçün hansı  sənədlər tələb olunur?

 

-  Bunun üçün doldurulmuş ərizə  forması, Sığortalı şəxsin şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsinin surəti və avtomobilin hazırkı vəziyyətini təsdiq edən fotoşəkilləri tələb olunur. 

 

-  Azərbaycanda sığorta bazarının inkişafı ilə bağlı nə deyə bilərsiniz?

 

-  Maliyyə Bazarlarına Nəzarət Palatasının və sığorta şirkətlərinin həyata keçirdiyi maarifləndirici layihələr təbii ki, bazarın inkişafına öz müsbət təsirini göstərmişdir. Dövlət nəzarət orqanın  açıqladığı rəqəmlər bu inkişafı bir daha sübut edir.  Deməli, bu il üzrə sığorta bazarı  40 %-dən çox genişlənib, yığımlar artıb. Bunu qənaətbəxş  göstərici hesab etmək olar. 

 

-Sonda əlavə etmək istədiyiniz nəsə qaldımı? 

 

AtaSığorta şirkətinə ayırdığınız vaxta və diqqətinizə görə təşəkkürümüzü bildiririk. Biz müştərilərimiz üçün çalışırıq, onların layiqli dostu və təminatçısı olmaqdan qürur duyuruq. Ona görə də bızım şuarımız “Sizinlə dost sığorta” dır. Bütün müştərilərimizin bizə göstərdiyi etimadı doğrultmağa çalışmışıq, çalışırıq və çalışacağıq.

 

-Qoşqar müəllim,  maraqlı müsahibəyə görə  sizə dərin təşəkkürümüzü bildiririk.

18.09.2018 12:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ