Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bazara yeni avtomobil sığortası məhsulu çıxdı - YANACAQ HƏDİYYƏ OLUNUR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bazara yeni avtomobil sığortası məhsulu çıxdı - YANACAQ HƏDİYYƏ OLUNUR

Azərbaycan sığorta sektorunda daim müştərilərin məmnuniyyətini düşünən “AtaSığorta”  ASC  bu dəfə  “Petrollu Kasko” adlı yeni könüllü sığorta məhsulunu təqdim edib.

 

“Petrollu  Kasko” məhsulu öz sərfəli şərtləri ilə seçilir.

 

Belə ki, “Petrollu Kasko”  məhsulunu əldə edən  müştəriyə sığorta olunan avtomobilin dəyərinin 1%-i həcmində yanacaq hədiyyə edilir. Məhsul bazar dəyəri 10 000 manatdan 80 000 manata qədər avtomobillər üzrə fiziki şəxslərə təklif olunur.

 

“Petrollu Kasko” məhsulu əldə edərkən avtomobil tam dəyərində sığorta olunur. Məhsulun sığorta tarifi bazar şərtlərinə uyğun olaraq çox sərfəlidir. Məsələn, dəyəri 30 000 manat olan avtomobil üzrə 300 manat dəyərində yanacaq müştəriyə hədiyyə olunur. Hədiyyə olunan yanacağın 50 %-i sığorta müqaviləsi rəsmiləşdirilən zaman, 50 %-i isə 3 aydan sonra müştəriyə təqdim olunur.

 

Məhsulun yaranmasında əsas məqsəd fiziki şəxslərə avtomobillərini sığorta etməklə yanaşı hədiyyə almaq imkanı verməkdir.  

 

“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 30 milyon manata yaxın aktivlərə malik olmaqla 30 sığorta növü - 26 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. “AtaSığorta”  həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 90-dan artıq filial, nümayəndəlik və ofislər daxildir.

18.09.2018 13:26

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ