Alma və bananlarda iynə tapılması ilə bağlı araşdırmalara başlanılıb

Avstraliyanın Yeni Cənubi Uels ştatının polisi sentyabrın 18-də banan və almada iynə tapılması ilə bağlı araşdırmalara başlayıb.

 

“7 News Sydney” telekanalı xəbər verir ki, almada iynə sidneyli qadın tərəfindən o, qızı üçün meyvə təmizləmək istəyərkən aşkar olunub. Qadın dərhal polisə müraciət edib.

 

Yerli kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, hüquq-mühafizə orqanları, eyni zamanda, Sidneyin ətrafındakı mağazalardan birində bananda iynənin aşkar edilməsi ilə bağlı da araşdırmalara başlayıb.

 

Avstraliyanın azı 7 istehsalçı şirkətinin çiyələklərində iynə və sancaq tapılması barədə məlumatlar da yayılıb. Hökumət orqanları istehlakçılara meyvələri istifadə etməzdən əvvəl doğramağı tövsiyə edirlər. Cinayətkarları ən azı 10 il həbs cəzasının gözlədiyi bildirilir.

 

Son məlumatlara görə, polis 6 ştatda meyvələrdə iynənin tapılması ilə bağlı 20 faktın qeydə alınması barədə məlumat yayıb. İlk belə hadisə ötən həftə qeydə alınıb. Brisbendə 21 yaşlı kişi içərisində iynə olan çiyələyi yedikdən sonra xəstəxanaya yerləşdirilib.

 

Avstraliyanın Kvinslend ştatının hakimiyyət orqanları cinayətkarı tapmaqda kömək edən şəxsə 100 min Avstraliya dolları (təqribən 70 min ABŞ dolları) hədiyyə ediləcəyini elan edib.

 

© zərtac

18 Sentyabr 2018 , 15:34   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin