Bakıda növbəti Hyundai Servis Festivalını keçirəcək – TARİX
“Hyundai Motor” şirkətinin Azərbaycanda rəsmi distribyutoru “Auto Azərbaycan” şirkəti Hyundai sahiblərinə əlavə fürsətlər təqdim etməkdə davam edir.
Yüksək xidmət səviyyəsini qoruyub saxlayan şirkət 21, 22, 23 Sentyabr 2018-ci il tarixlərində növbəti Hyundai Servis Festivalını keçirəcəkdir.
Bakı Olimpiya Stadionunun böyük avtomobil dayanacağında keçiriləcək servis festivalında bütün “Hyundai” markalı avtomobillərə ödənişsiz və ya endirimlə bir çox servis xidmətləri göstəriləcəkdir.
Festivalda, avtomobili ümumi pulsuz texniki baxışdan və elektron diaqnostikadan keçirtmək, mühərrik sistemində azalmış mayeləri əlavə etdirmək, asqı sistemini test sürüşü ilə yoxlatmaq kimi fürsətlər təqdim edəcəkdir.
Festivalın iştirakçılarına, rəsmi Hyundai servis mərkəzlərində bir dəfə istifadə etməklə, servis xərclərinə 20% , orjinal ehtiyyat hissələrinə isə 10% endirim imkanı verən xüsusi kupon qazanmaq şansı yaradılacaqdır. Həmçinin, Festivalda iştirak edən müştərilərə xüsusi hədiyyələr təqdim olunacaqdır.
Hyundai satışda olduğu qədər, satışdan sonrakı xidmətlərdə də hər zaman öndədir.Festivalın keçirilməsində məqsəd, rəsmi Hyundai Servisinin imicinin yüksəldilməsi, müştəri loyallığının artırılması, müştərilərə servis mərkəzlərindən kənarda xidmət göstərməklə xüsusi dəyər yaratmaqdırş
Bütün Hyundai sahiblərini 21, 22, 23 Sentyabr tarixlərində Bakı Olimpiya Stadionuna dəvət olunur.
Tədbir qeyd olunan tarixlərdə saat 9:00 – 17:00 arasında keçiriləcəkdir. Ətraflı məlumat üçün telefon: 989 və www.hyundai.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
- 1 saat əvvəl
-
3 saat əvvəl
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya veriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda idxal gömrük rüsumuna cəlb olunan malların sayı artırılıb
- 6 saat əvvəl