Balıq və balıq məhsulları satanlara xəbərdarlıq !

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirir ki, son zamanlar Qida Təhlükəsizliyi Agentliyinə Bakı ətrafı qəsəbələrdə və ölkəmizin müxtəlif regionlarında heç bir normativ texniki sənədlərə və sanitar-gigiyena tələblərinə cavab verməyən, həyətyanı sahələrdə kustar üsulla balıq məhsullarının hazırlanması, xüsusi ilə balıqların hisə verilməsi kimi qanunsuz fəaliyyət göstərən istehsalat sahələri ilə bağlı məlumatlar daxil olur.

 

Qida Təhlükəsizliyi Agentliyi bu cür qanunsuz fəaliyyətlərlə məşğul olan şəxslərə xəbərdarlıq edir ki, bu şəraitdə hazırlanan məhsullar insan sağlamlığına ciddi fəsadlar törədə, hətta əhali arasında ölümlə nəticələnə biləcək hallara səbəb ola bilər.

 

Agentlik bəyan edir ki, bu cür qanunazidd fəaliyyətlərin qarşısının alınması üçün qanunvericiliyin tələbləri çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcəkdir.

 

Eyni zamanda istehlakçılara balıq və balıq məhsulları seçərkən daha diqqətli olmaları, məhsulun keyfiyyət göstəricilərini əks etdirən sənədlə müşayət olunması və normativ qaydalara uyğun şəraitdə saxlanılması və satışına əmin olduqdan sonra istifadə etmələri tövsiyə edilir.

 

Qeyd edək ki, Agentlik tərəfindən qida təhlükəsizliyi üzrə mövcud normativ hüquqi aktların, sanitar-gigiyena tələblərinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

18 Sentyabr 2018 , 17:06   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin