Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Çindən ABŞ-a cavab - YENİ GÖMRÜK TARİFLƏRİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çindən ABŞ-a cavab - YENİ GÖMRÜK TARİFLƏRİ

Çin 60 milyard dollarlıq ABŞ məhsullarına əlavə tarif tətbiq edəcək. 

 

"Marja" xıbır verir ki, ABŞ mallarına yeni gömrük tarifləri 5-10% aralığında olacaq. 60 milyard dollarlıq ABŞ məhsuluna əlavə tarif 24 Sentyabrdan etibarən tətbiq olunmağa başlanacaq.


 
Çin bu əlavə tariflərin ABŞ-ın proteksionist addımlarına cavab olduğunu bildirib və "Əgər ABŞ Çin mallarına tarif dərəcələrini artırmaqda israr edərsə Çin buna eyni şəkildə cavab verəcək. ABŞ-ın iki tərəf üçün faydalı ticarət münasibəti davam etdirəcəyini ümid edirik", - açıqlaması verilib.
 

Yeni tariflərdən 5 min ABŞ məhsulu təsir görəcək.

 

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp, Çindən idxal edilən 200 milyard dollarlıq məhsula 24 Sentyabrdan etibarən 10 faiz gömrük vergisi tətbiq olunacağını bildirib.

 

Ağ Evdən verilən yazılı açıqlamaya görə, Tramp, ABŞ Ticarət Nümayəndəliyinə (USTR) Çinə qarşı ikinci gömrük vergisi paketini həyata keçirmək tapşırığı verib.
 

Təxminən 200 milyard dollarlıq məhsulu əhatə edən tariflərin bir həftə sonra qüvvəyə minəcəyini bildirən Tramp, "7 həftə davam etmiş müzakirələrdən sonra, bugün USTR-yə təxminən 200 milyard dollarlıq Çin idxalına qarşı əlavə tarifləri tətbiq etməyə başlamaq göstərişini verdim. 24 Sentyabrda qüvvəyə minəcək və il sonuna qədər 10 faiz səviyyəsində qalacaq tariflər, 1 Yanvar 2019-dan etibarən faiz 25e yüksələcək", -ifadələrini istifadə edib.
 

Tramp, dünyanın ən böyük iki iqtisadiyyatı arasında "ticarət müharibəsinin" böyüməsinə səbəb olacağı nəzərdə tutulan açıqlamasında, Çinin qarşılıq verilməyə getməsi vəziyyətində təxminən 267 milyard dollarlıq Çin  məhsulunu əhatə edən üçüncü tarif paketinin anında qüvvəyə minəcəyini vurğulayıb.

18.09.2018 15:23

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ