Ən yuxarı statik reklam_3

"Lukoil-Azərbaycan” tanınmış eksperti məhkəməyə verdi - 5000 MANAT TƏLƏB EDİR

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Lukoil-Azərbaycan” tanınmış eksperti məhkəməyə verdi - 5000 MANAT TƏLƏB EDİR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Lukoil-Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Azad İstehlakçılar Birliyinin sədri, tanınmış ekspert Eyyub Hüseynovu məhkəməyə verib.

 

Buna səbəb ekspertin Nuranə Göktaş adlı sürücünün yanacaq doldurma məntəqəsi ilə bağlı şikayətini mətbuata ötürməsi olub. Belə ki, mart ayında N. Göktaş adlı xanım birliyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, R. Quliyev küçəsi 6 ünvanında yerləşən "Lukoil” yanacaq doldurma məntəqəsində aldadıldığını bildirib. Qeyd edib ki, o, maşının çənini tam doldurub, buna görə ondan 56 manat pul alıblar. Sürücü operatora tam boş çənin 55 litr tutduğunu və bunun da dəyərinin 49,50 AZN etdiyini bildirib, artıq alınmış pulun qaytarılmasını tələb edib. Lakin ona "böyüklərdən heç kəs yoxdur” deyərək imtina ediblər. 

 

E. Hüseynov qəbzi götürərək YDM-ə gedib, lakin problem yenə də həll olunmayıb. Bundan sonra birlik sədri şikayəti mətbauata ötürüb.

 

"Lukoil” şirkəti buna görə E. Hüseynova qarşı işgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi iddiası qaldırıb. Azad İstahlakçılar Birliyindən dəymiş mənəvi zərərin ödənilməsi üçün 5000 manat miqdarında təzminat tələb edilir.

18.09.2018 20:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ