Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Gömrük postunda problem yarandı - SƏBƏB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gömrük postunda problem yarandı - SƏBƏB

Sentyabrın 18-də Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postundan keçərək Rusiya Federasiyasına müxtəlif təyinatlı yüklər aparan bəzi nəqliyyat vasitələrinin sərhədkeçmə prosesində problemlər yaranıb.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "Marja"ya verilən məlumata görə, həmin nəqliyyat vasitələrindəki yükün miqdarı çəki baxımından normadan artıq olduğundan Rusiya Federasiyasının müvafiq qurumları həmin avtomobilləri ölkə ərazisinə buraxmır.

 

Nəticədə normadan artıq yük aparan nəqliyyat vasitələri Azərbaycan-Rusiya sərhədində gözləmək məcburiyyətində qalıblar.

 

Dövlət Gömrük Komitəsi bildirir ki, mövcud problem ölkəmizin gömrük orqanlarının fəaliyyəti ilə əlaqədar deyil. Eyni zamanda bildiririk ki, komitənin müvafiq qurumları tərəfindən Rusiya Federasiyasına yük daşıyan nəqliyyat vasitələrinin sürücülərinə yükün miqdarına dair tələblərə ciddi şəkildə riayət edilməsi tövsiyə olunsa da bəzi hallarda bu xəbərdarlıqlara məhəl qoyulmur.

 

Hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Rusiya Federasiyasının Federal Gömrük Xidməti və müvafiq qurumları ilə məsələnin həlli istiqamətində danışıqlar aparır.

18.09.2018 20:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ