Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Avro Zonasında iqtisadi artım proqnozlardan aşağı çıxdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro Zonasında iqtisadi artım proqnozlardan aşağı çıxdı

Avro Zonasında iqtisadiyyat, bölgənin ən böyük üç iqtisadiyyatında inkişafın gözləntiləri qarşılamaması ilə, dördüncü rübdə proqnozlardan aşağı artıb.


 
"marja" xəbər verir ki, Lüksemburqda Avropa Birliyinin (Aİ) statistika bürosu tərəfindən verilən məlumata görə, Avro Zonasında iqtisadiyyat Dekabrda başa çatan üç aylıq dövrdə 0.4 faiz artaraq proqnozları qarşılamayıb. Bölgə iqtisadiyyatı əvvəlki rübdə də 0.4%-lik artım qeyd etmişdi.


 
Sözügedən göstərici, region iqtisadiyyatında toparlanmanın kövrək olduğuna işarə edir. Qlobal qeyri-müəyyənliklərlə keçən 2016-cı ilin ardından, yüksək neft qiymətləri, Avropanın böyük iqtisadiyyatlarında seçkilər ərəfəsində yüksələn populizm dalğası, Brexit-ə və ABŞ-ın yeni rəhbərliyinin siyasətlərinə bağlı kommersiya risklərinin təsiri, Avro Bölgəsində iqtisadiyyatına 2017-ci ildə də kölgə salır.


 
 Londonda "Capital Economics"in iqtisadçısı Con Allen, "Avro Bölgəsində əsas göstəricilər ötən bir neçə illə müqayisədə daha yaxşıdır, amma yenə də bu iqtisadi artım təkanının davam edəcəyini hesab etmirik" deyib.

14.02.2017 11:47

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ