Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Toxumtəmizləmə avadanlığının quraşdırılmasına ehtiyac var"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Toxumtəmizləmə avadanlığının quraşdırılmasına ehtiyac var"

Şəkili fermer Məmməd Hacıyev uzun illərdir ki, taxılçılıq və toxumçuluqla məşğul olur. Son dövrlər respublikamızda toxumçuluğun inkişafına xidmət edən qərarların qəbul olunması, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Toxum Fondunun yaradılması toxumçuluqla məşğul olan digər istehsalçılar kimi, şəkili fermerin də ürəyincədir.

 

Reklam_3_11

Məmməd Hacıyev müsahibəsində bitkiçilik sahəsində məhsuldarlığın artmasında keyfiyyətli toxumun əsas amillərdən biri olduğunu vurğulayaraq deyib: “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi toxumçuluqla məşğul olan fermerləri də ruhlandırıb. Məhsul istehsalçıları da, öz növbəsində, dövlətimizin qayğısına əməli işləri ilə cavab verməyə çalışıb, təsərrüfat ilində yüksək göstəricilərə nail olublar. Mənim özümün istifadəmdə toxumçuluq üçün yararlı 200 hektar əkin sahəm var. Ötən mövsüm 170 hektar sahədə toxumluq buğda, 30 hektar sahədə isə arpa əkdim. Buğda sahəsinin hər hektarından 40-45 sentner, arpa sahəsindən isə 45-50 sentner toxumluq məhsul götürməyə nail oldum. Gələn ilin məhsulu üçün əkin sahəsini daha 30 hektar artırmağı planlaşdırıram. Toxum səpiləcək bütün sahələrdə keyfiyyətli şum aparılıb və səpinə tam hazırıq”.

 

Şəkili fermer bildirib ki, peşəsi ilə əlaqədar olaraq istər ölkə daxilində, istərsə də respublikadan kənarda toxumçuluqla məşğul olan təsərrüfat rəhbərləri ilə daim əlaqə saxlayır, əməkdaşlıq edir.

 

Keyfiyyətli toxum istehsal etmək üçün toxumçu fermerlərin müasir texnoloji avadanlığa böyük ehtiyacı olduğunu bildirən Məmməd Hacıyev deyib: “Dövlətin dəstəyi ilə bu yaxınlarda Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Zaqatala Bölgə Təcrübə Stansiyasında ən müasir toxumtəmizləmə qurğusu quraşdırılıb. Toxumçuluğa aid bütün proseslər burada elmi cəhətdən əsaslandırılmış şəkildə həyata keçirilir. Yəni, bu avadanlığın köməyi ilə toxumun təmizlənməsi, dərmanlanması və qablaşdırılması prosesi aparılır. Bu avadanlığın imkanlarından bütün fermerlər yararlana bilərlər. Arzumuz budur ki, belə toxumtəmizləyən qurğular gələcəkdə respublikanın taxılçılıqla, toxumçuluqla məşğul olan digər regionlarında da quraşdırılsın. Fermerlər istədikləri vaxt belə qurğulardan istifadə etməklə yüksək keyfiyyətli toxum hazırlaya bilsinlər”.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac

18.09.2018 20:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ