Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan Şəkər İstehsalat Birliyi 400 min ton şəkər çuğunduru gözləyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Şəkər İstehsalat Birliyi 400 min ton şəkər çuğunduru gözləyir

İmişlinin güclənən sənaye potensialında Azərbaycan Şəkər İstehsalat Birliyinin xüsusi rolu var. "Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC şəkər zavodunun bazasında müasir tələblərə cavab verən yeni müəssisələr yaradıb.

 

Hazırda cəmiyyətin kəllə qənd, qarışıq yem, bitki yağları, spirt emalı, çuğundur, yemqurutma zavodları istehsal etdikləri yüksəkkeyfiyyətli məhsullarla daxili bazarın ehtiyaclarını dolğun şəkildə ödəyir. 

 

Respublikanın müxtəlif regionlarında şəkər çuğundurunun yetişdirilməsində və tədarükündə çalışanların sayı 20 min nəfərdən çoxdur. 

 

Bu il təsərrüfatlarda bol şəkər çuğunduru yetişdirilmişdir. Hazırda şəkər çuğunduru əkib-becərən rayonların sayı 30-a çatır. Cari ildə torpaq istifadəçiləri Ağcabədidə 884, Tərtərdə 859, Şəmkirdə 688, Ağdam, Göygöl, Tovuz, Goranboy və Samux rayonlarının hər birində 500 hektardan çox sahədə çuğundur əkib-becərmişlər. Artıq bir aya yaxındır ki, məhsul tədarükünə başlanmışdır. Şəkər çuğunduru ilə dolu ağır yük maşınları İmişli Şəkər Zavoduna istiqamət götürür.

 

Aparılan yenidənqurma işləri hesabına zavodun imkanları daha da artmışdır. Əvvəlki illərdə tədarük zamanı zavodun qarşısında çuğundur yüklü maşınların böyük növbəsi yaranırdı. Haqlı narazılığa səbəb olan bu problem artıq öz həllini tapmışdır. İndi gün ərzində zavoda gətirilən 3-4 min ton məhsulun vaxtında boşaldılıb emal edilməsi asanlıqla başa gəlir.

 

Təhvil verilən məhsul zavodun müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyasında müayinə edilib keyfiyyəti müəyyənləşir. İlkin nəticələrə görə, Cəlilabad, Kürdəmir, Ağcabədi və Biləsuvar rayonlarından gətirilən məhsulların şəkərliliyi daha yüksəkdir. Təbii ki, şəkərliliyi yüksək olan çuğundurun qiyməti də fərqlidir. Çuğundurbecərənlərin builki hədəfi keyfiyyət göstəricilərini artırmaqla yanaşı, 400 min ton məhsul istehsalına nail olmaqdır. Uğurla yola salınan hər gün qarşıya qoyulan məqsədin şərəflə reallaşacağına ümidləri artırır.

 

© "Azərbaycan”

19.09.2018 06:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ