Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Sement və əhəng zavodları dayanmır - BÖYÜK TƏLƏB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sement və əhəng zavodları dayanmır - BÖYÜK TƏLƏB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ilin 8 ayı ərzində tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 31,7 faiz artaraq 382,9 milyon manat təşkil etmişdir.

 

Reklam_3_11

“Marja” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, hörmə üçün hazır beton qarışığının istehsalı 2,1 dəfə, tikinti əhənginin və sement istehsalının hər biri 21,4 faiz, tikinti kərpicinin istehsalı 0,5 faiz artmış, tikinti gipsinin istehsalı 39,5 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 57,5 faiz azalmışdır

 

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-avqust aylarında 525,3 milyon manatlıq məhsul istehsal olunmuş, hazır metal məmulatlarının istehsalı sahəsində 18,2 faiz, metallurgiya sənayesində isə 13,4 faiz artım müşahidə olunmuşdur. Yanvar-avqust ayları ərzində sahə üzrə 212,6 min ton (35,8 faiz çox) armatur, 7 276,2 ton (48,6 faiz çox) misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellər, 467,6 ton (3,6 faiz çox) alüminium çubuqlar, millər və profillər, 1 108,7 ton (11,0 dəfə çox) mayelər üçün çənlər, sisternlər istehsal edilmişdir.

19.09.2018 06:46

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ