Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Əmək təhlükəsizliyinə ən yaxşı əməl edən şirkətin adı elan edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əmək təhlükəsizliyinə ən yaxşı əməl edən şirkətin adı elan edilib

İş yerində zədələnmə, xəsarət alması ilə nəticələnən halların  60-65%-i tikinti sahəsində baş verir. Bu problem AHİK –nı narahat edir və bu sahəni ciddi nəzarətdə saxlamaga çalışır. Bu halların qarşısının alınması üçün bir çox proqramlar həyata keçirilir ki, bunlardan biri də tikinti şirkətləri arasında ”Sağlam və təhlükəsiz əmək şəraitinin yaradllması” üzrə müsabiqənin təşkil edilməsi olmuşdur.  

 

Reklam_3_11

Azərbaycan Respublikası Həmkarlar Konfederasiyası ”Sağlam və təhlükəsiz əmək şəraitinin yaradllması" üzrə ilin ən yaxşı müəssisəsini təltif edib. İl ərzində 2000-nə yaxın müəssisə və təşkilatların əmək təhlükəsizliyi normaları baxımından fəaliyyəti  izləmiş və qiymətləndirilmişdir. Müsabiqənin qalibi "Holcim Azərbaycan" şirkəti olmuşdur. Bu barədə "Marja"ya "Holcim Azərbaycan"dan bildirilib.

 

Şikətin HİK-nin sədri Mübariz Məmmədov bildirdi ki, “İşçilərin sağlamlığı bizim üçün prioritet məsələdir və bu sahədə heç bir güzəştə yol verilmir. Bu nailiyyət şirkətinin əməkdaşlarının  ƏMTT üzrə  peşakar olduqlarını bir daha sübut etdirir. Əməkdaşlar arasında təbliğat işi aparmaq və onların biliklərini artırmaq, beynəlxaq normalara əməl etmək  bizim əsas işimizdir”. 

 

“Əməkdaşlarımızın və özümüzün təhlükəsizliyi hər birimizin məsuliyyətidir. Bu naliyyətlər onu qöstərir ki, təhlüksiz fəaliyyət artıq bizim mədəniyytimizin bir hissəidir və gündəlik yaşam tərzidir. Amma bu nailiyyətlər bizi arxayın etməməlidir və biz hər gün işə başlamazdan öncə risklərin qiymətləndirilməsini aparmalı və yarana biləcək hadisələrin qarşısını almalıyıq. Bunu başa düşərək mütəmadi olaraq işçilərə  gündəlik və aylıq təlimlər və monitorinqlər keçirilir və onlar praktik məşğələlərdə iştirak edirlər” - şirkətin Baş Direktoru Frederic Guimbal bildirib. 

 

"Holcim Azərbaycan" 90 ölkədə 110.000 işçi qüvvəsi ilə fəaliyyət göstərən LafargeHolcim Qrupun üzvüdür. LafargeHolcim dünyada sement, hazır beton məhsulları və aqreqatlar istehsalı və paylanması sahəsində dünya liderlərindən biridir.

19.09.2018 07:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ