Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Dövlətə məxsus maşınqayırma zavodu "simvolik mənfəət" əldə edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlətə məxsus maşınqayırma zavodu "simvolik mənfəət" əldə edib

“Bakı Fəhləsi Maşınqayırma Törəmə zavodu” ASC 2017-ci ili 6 min 56 manat xalis mənfəələ başa vurub. ASC 2016-cı ildə 980 manat zərər açıqlamışdı.

 

“Marja” ASC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, “Bakı Fəhləsi Maşınqayırma Törəmə zavodu”nun əsas əməliyyat gəliri 2016-cı ildəki 1 milyon 603 min manatdan ötən il təxminən 1 milyon 170 min manata yüksəlib. 2016-cı illə müqayisədə gəlirin əldə edilməsinə çəkilən xərclər artdığından ASC ötən ili 836 min 725 manat ümumi mənfəətlə başa vurub. Bu, 2016-cı illə müqayisədə 10% azdır. ASC 2016-cı ili 932 min 171 manat ümumi mənfəətlə bağlamışdı.

 

Digər tərəfdən, “Bakı Fəhləsi Maşınqayırma Törəmə zavodu” inzibati xərclərini azaltması hesabına xalis mənfəət əldə edib. 2016-cı ildə 936 min 117 manat təşkil etmiş inzibati xərclər 2017-ci ildə 791 min 536 manata düşüb. Ümumi mənfəət, sair xərclər daxil cəmi xərcləri üstələdiyindən ASC ötən ili 6 min 56 manat xalis mənfəələ başa vurub.

 

“Bakı Fəhləsi Maşınqayırma Törəmə zavodu” ASC dövlətə məxsusdur. "Bakı Fəhləsi" zavodu neft-qaz, neft-kimya sənaye avadanlıqları istehsal edir.

19.09.2018 08:18

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ