Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Palata bank sektorundakı son vəziyyəti açıqladı - RƏQƏMLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palata bank sektorundakı son vəziyyəti açıqladı - RƏQƏMLƏR

31 avqust 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 28 milyard 127.1 min manat, kredit portfeli 11 milyard 905.5 min  manat, cəmi öhdəlikləri isə 24 milyard 77.5 min manat təşkil edib.

 

Reklam_3_11

Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı hesabata görə, sektorun balans kapitalı 4 milyard 49.6 milyon manat olub.

 

2018-ci ilin avqust ayı ərzində bank sektorunun aktivləri 0.7% (196.4 mln. manat), öhdəlikləri 0.3% (79.2 mln. manat), balans kapitalı isə 3% (117.2 mln. manat) artıb. Bank sektorunda kredit aktivliyi davam edir. Avqust ayında bankların kredit portfeli 1.2% (135.9 mln. manat) artıb. Ümumilikdə cari ilin əvvəli ilə müqayisədə kredit portfeli üzrə 5% (567.9 mln. manat) artım olub.

 

Daha sabit maliyyələşmə mənbəyi hesab olunan əhalinin müddətli əmanətləri avqust ayı ərzində 0.2% (13.8 mln. manat) artıb. Ümumilikdə isə cari ilin avqust ayında fiziki şəxslərin əmanətləri 0.4% (28.6 mln. manat) azalaraq 7,939.9 mln. manat təşkil edib.

 

Bank sektoru cari ilin 8 ayı ərzində 441 mln. manat əməliyyat mənfəəti, 103.8 mln. manat xalis mənfəət generasiya edib.

 

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2 468 olub. Bütövlükdə, bank  sektorunun  işçi  heyəti  avqust  ayı  ərzində  0.4% (61 nəfər) artaraq 16 936 nəfər təşkil edib. Ümumilikdə isə ilin əvvəlindən sektorda çalışanların sayı 4.7% (765 nəfər) artıb.

19.09.2018 08:31

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ